Nəsrin Cavadzadənin Şuşada çəkildiyi "Mugham Perfume” reklam filmi təqdim edildi - VİDEO
(®) Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə "Mugham" brendinə məxsus "Karabakh Bouquet - 1752" ətrinin video çarxında yer alıb. Bu, Şuşada çəkilən ilk kommersiya layihəsidir.
Onu da bildirək ki, Şuşa şəhərinin təməlinin qoyulduğu ilin şərəfinə adlandırılan "Karabakh Bouquet -1752" ətrinin çəkilişləri elə bu səbəbdən Şuşada aparılıb.
Şuşanın 270 illik yubileyi ərəfəsində təqdim olunan layihənin musiqi müəllifi əməkdar incəsənət xadimi Vaqif Gərayzadədir.
Qeyd edək ki, 6 yaşından Türkiyəyə köçən aktrisa Nəsrin Cavadzadə ilk dəfədir ki, Azərbaycana reklam çəkilişi ilə bağlı gəlib.
Sənətçi Antalya Qızıl Portağal Film Festivalının "Ən Yaxşı Qadın aktrisa" mükafatına layiq görülüb.
Xatırladaq ki, bu günlərdə İtaliyanın Milan şəhərində keçirilən “Esxence” beynəlxalq sərgisində təqdim olunan "Mugham" parfümün “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan çeşidləri də var. “Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da mağazası var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
3 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
4 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
4 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
4 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb










.jpg)












