Gəncə şəhərində ətraf mühitin vəziyyəti haqqında məlumatlar açıqlanıb
2021-ci ildə Gəncə şəhərində ətraf mühitin vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Statistika İdarəsinin yaydığı məlumata görə, 2021-ci ildə şəhərin su hövzələrindən 19,35 milyon kubmetr su götürülmüşdür. Suyun faktiki istehlakı 13,04 milyon kub metr olmuşdur. Onun 25,5 faizi suvarmada, 3,2 faizi istehsalatda və 70,3 faizi məişət-içməli məqsədlər üçün istifadə edilmişdir. 2020-ci il ilə müqayisədə təbii mənbələrdən götürülən su 11,2 faiz, istifadə olunan su 2,7 faiz artmış, ondan məişət-içməli məqsədlərə istifadə olunan su 1,9 faiz, istehsalata sərf olunan su 40,0 faiz artmış, suvarmaya sərf olunan su 2,4 faiz azalmış, atılan çirkab suların həcmi 0,9 faiz, nəql zamanı olan itkilər isə 34,3 faiz artmışdır.
2021-ci ildə atmosfer havasına çirkləndirici maddələr atan stasionar mənbələrin sayı 115 ədəd təşkil etmiş və 2020-ci ilə nisbətən 7,3 faiz azalmışdır. Həmin mənbələrdən şəhərin atmosferinə 162,8 ton zərərli maddə atılmış, o cümlədən 31,9 tonu, yaxud 19,6 faizi bərk halda, 130,9 tonu, yaxud 80,4 faizi isə qazşəkilli və maye (onlardan 3,8 tonu, yaxud 2,9 faizi kükürd-anhidridi, 48,4 tonu, yaxud 37,0 faizi karbon 2-oksidi, 14,4 tonu, yaxud 11,0 faizi azot 4-oksidi, 62,0 tonu yaxud 47,4 faizi karbohidrogenlər) halda atılmışdır. 2020-ci il ilə müqayisədə atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarı 30,2 faiz artmışdır. Adambaşına düşən zərərli tullantıların xüsusi çəkisi 0,5 kiloqram təşkil etmiş və 2020-ci il ilə müqayisədə 25,0 faiz artmışdır.
2021-ci ildə şəhər üzrə atmosfer havasına avtomobil nəqliyyatı tərəfindən atılmış çirkləndirici maddələrin miqdarı 28,7 min ton təşkil etmişdir. Atmosferə atılmış çirkləndirici maddələrin 12,6 min tonu, yaxud 43,9 faizi karbon oksidləri, 3,0 min tonu, yaxud 10,4 faizi azot oksidləri, 11,9 min tonu, yaxud 41,5 faizi karbohidrogenlər, 1,2 min tonu, yaxud 4,2 faizi isə his və qurum halda atılmışdır. 2020-ci il ilə müqayisədə atmosfer havasına avtomobil nəqliyyatından atılan çirkləndirici maddələrin miqdarı dəyişməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























