Yen dollar qarşısında 24 ilin ən aşağı səviyyəsinə düşüb
ABŞ-da inflyasiya rekord həddə çatdıqdan sonra FED-in aqressiv faiz artırmağa davam etdirəcəyi gözləntiləri ilə Yaponiyanın pul vahidi yen dollar qarşısında ucuzlaşmaqda davam edərək son 24 ilin ən aşağı səviyyəsinə düşüb.
Marja xəbər verir ki, Tokioda cümə axşamı keçirilən hərraclarda yen dollara nisbətdə 1 faiz də ucuzlaşıb və dollar/yen məzənnəsi 138,78 yenə bərabər olub.
Dollar/yen məzənnəsində valyuta investorları üçün növbəti psixoloji həddin 140 olduğu bildirilir. Bəzi analitiklər bu səviyyənin test edilməsi ehtimalının olduğunu və baş verərsə rəsmilərin müdaxiləsinə səbəb olacağını vurğulayırlar.
Yapon valyutası bu il təxminən 17 faiz ucuzlaşıb. ABŞ Mərkəzi Bankı (Fed) yüksək inflyasiyanı cilovlamaq üçün faizlərini aqressiv şəkildə artırır, Yaponiya Mərkəzi Bankı (BoJ) isə faiz dərəcələrini sabit saxlayır.
Çərşənbə günü ABŞ inflyasiya məlumatları gözləntiləri üstələyib (9,1%) və bazarlarda FED-in iyulda 100 bənd faiz artıracağı proqnozuna səbəb olub.
Bildirilir ki, real gəlirlər arasındakı fərq yenin zəifləməsində əsas amildir və investorların Yaponiya əvəzinə ABŞ-da daha cəlbedici gəlir imkanlarına üz tutmasına səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















