Yellen: ABŞ-da inflyasiya qəbuledilməz dərəcədə yüksəkdir
ABŞ-ın maliyyə naziri Janet Yellen ABŞ-da inflyasiyanın qəbuledilməz dərəcədə yüksək olduğunu və Bayden hökumətinin prioritetinin inflyasiyanı azaltmaq olduğunu bildirib. Yellen deyib ki, hazırda qlobal iqtisadiyyat üçün ən böyük təhlükə Rusiya-Ukrayna müharibəsidir.ABŞ-ın maliyyə naziri Janet Yellen G20 maliyyə nazirlərinin İndoneziyada keçirilən toplantısından əvvəl açıqlama verib.
Marja xəbər verir ki, bu gün ən böyük problemin Rusiya-Ukrayna müharubəsi olduğunu bildirən Yellen, müharibənin mənfi təsirlərinin bütün dünyada xüsusilə yüksək enerji qiymətləri və ərzaq təhlükəsizliyi baxımından hiss olunduğunu bildirib.
Müharibənin iqtisadi və humanitar nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilməli olduğunu qeyd edən Yellen, G20 toplantısında Rusiyanın yeri olmadığını bildirib.
Yellen ABŞ-da inflyasiyanın qəbuledilməz dərəcədə yüksək olduğunu və inflyasiyanın azaldılmasının Co Bayden hökuməti üçün əsas prioritet olduğunu bildirib.
Yellen hökumətin FED-in qiymətlərə nəzarət etmək üçün atdığı addımları dəstəklədiyini də vurğulayıb.
Xəbər verdiyimiz kimi, İyun ayında ABŞ-da inflyasiya illik 9,1 faizə yüksəlib (istehlakçı qiymətləri indeksi iyunda ötən ilin iyun ayı ilə müqayisədə 9,1% artıb). Mayda inflyasiya illik 8,6 idi. Beləliklə, inflyasiya rekord yeniləyib.
HƏMÇİNİN OXU: FED-in 1990-cı illərin əvvəllərindən bəri ən böyük faiz artımını edəcəyi gözlənilir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























