"İndi növbə Avrodadır"
Donald Trumpın ABŞ-da prezident seçkisində qələbəsinin ardından bazarlarda başlayan reflyasiya "rallisi", Atlantik dənizinin digər tərəfinə keçmiş vəziyyətdədir.
"Marja" Bloomberg-ə istinadən xəbər veir ki, pul vahidi investorları, daha güclü ABŞ iqtisadiyyatı və Dollara pul qoymaqdansa, ABŞ pul vahidinin gözəl günlərinin geridə qaldığı ehtimalını qəbul etməyə başlayır. treyderlər ər ötən gün, Avroya, Dolların yerini almaq üçün daha çox etimad göstərməyə başlayır.
Avro, ilk baxışda Dollar qarşısında daha güclü bir namizəd kimi görünmür: Avro bölgəsində faizlər aşağıdır, Avropa Mərkəzi Bankı iqtisadiyyatı dəstəkləmək üçün hər ay istiqraz satın alır. Ancaq, azalan siyasi risklər, iqtisadiyyatın toparlanması ilə Avro, eynilə Dolların 2014-cü ildə həyata keçirdiyi kimi çox illik bir dəyər qazanma prosesinə girə bilər.
"HSBC Holdings Plc."nin departament direktoru David Bloom, Bloomberg TV-yə verdiyi müsahibəsində, "ABŞ-da prezident seçkisilə başlayan və hər kəsin "öküz" mövqeyi tutduğu nikbinlik dövrü, tərsinə fırlanır" - deyib.
HSBC, bu mövqeyində tək deyil. İnvestorlar, bu rübdə Avroya hücum edərək 19 ölkədən ibarət olan blokun vahid pul vahidinin demək olar ki, bütün pullar qarşısında bahalaşmasını təmin ediblər. Avro, belə bir performansı 2013-ci ildən bu yana nümayiş etdirməmişdi. Bir tərəfdən, dollar, əksər valyutalar qarşısında dəyər itirib.
Bloomberg-in sorğusuna qatılan analitiklər, gözləntilərini Avronun builki artımına paralel şəkildə artırırlar. Avro bölgəsinin ortaq pul vahidi, Donald Trumpın iqitsadi artım tərəfdarı siyasətlərinə dair nikbinliyə bağlı olaraq dördüncü rübdə 6.4 faiz zəifləməsinin ardından, ilin əvvəlindən bu günə qədər 5.9 faiz dəyər qazanıb.
"UBS Wealth Management"dən Tomas Flury, "Avro da dollara bənzər şeylər yaşaya bilər. Xüsusilə, iqtisadiyyatın daha da çox güclü olması üçün Avropa Mərkəzi Bankının yumuşaq pul siyasətini saxlamağa yönəlməsilə bu yaşana bilər" deyə bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 16 d. əvvəl
-
-
21 d. əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
24 d. əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 26 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
























