Müəllimlərin işə qəbulu imtahanlarında qalmaqal
Sual müəlliflərindən biri suaları kənar şəxslərə açıqlayıb, bir sıra namizədlər saulları və cavablarını əvvəlcədən biliblər.Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 60 mindən artıq namizəd iştirak edib.
Bunu təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bu il ilk dəfə olaraq 5 mindən artıq namizədi eyni anda imtahan edə biliblər.
"Builki imtahanlarımız əvvəlki illərlə müqayisədə həm təşkilatçılıq, həm də nəticələr baxımından bizi qane edir. Sadəcə riyaziyyat fənni üzrə sual müəlliflərindən biri bizə verdiyi sualları ictimaiyyətə təqdim edib. Onunla bağlanmış müqavilə çərçivəsində müvafiq iş aparılıb. Bəzən deyirlər ki, imtahan çətindir. Bu, düzdür. Lakin məqsəd də ən yaxşıları seçməkdir. İnanıram ki, müsabiqədən keçən namizədlər öz sahələrinə həqiqətən də bələddirlər".
Nazir qeyd edib ki, müəllimlərin işə qəbulu imtahanlarında riyaziyyat fənnindən sualların başqa tərəfə verilməsi yolverilməzdir: "Bununla bağlı lazımi addımların atılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.
Onun sözlərinə görə, bu kimi hallar başqa ölkələrdə də baş verir: “Təhsil Nazirliyi də zərərçəkənlər sıradadır. Çünki müəllimlə aramızda məxfilik müqaviləsi imzalanır. Müəllimlər də buna əməl etməlidir”.
Suallar üçüncü tərəfə, o cümlədən kurslardan birinə də təqdim edilib. Müəllimin sualları pul qarşılığında və ya digər niyyətlərə görə üçüncü tərəfə təqdim edəcəyi araşdırılacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 38 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























