Nazir: Repetitorluq üçün hər zaman münbit şərait olacaq
“Bəzən görürük ki, Bakının mərkəzində təhsil alan 10-11-ci sinif şagirdləri kütləvi şəkildə, məsələn, Qaradağda yerləşən bir məktəbdə təhsil almağa başlayır. 100-ə yaxın uşaq çox ucqarda olan bir məktəbə, hansısa keyfiyyəti ilə seçilməyən məktəbə kütləvi şəkildə gedirlər”.
Bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, sistem elektronlaşdırıldığı üçün indi bunu daha rahat görür və inzibati qaydada müdaxilə edə bilirlər:
“Bu gün təəssüf ki, şagirdlər və valideynlər üçün əsas məqsəd ali təhsil müəssisəsinə daxil olmaqdır. Bu, özü-özlüyündə çoxlu təşviş və rasional olmayan davranışlar yaradır. Bunun bir növü özəl təhsildir. Şagirdlərin bu gün repetitorlara verdiyi pullar özəl təhsil müəssisələrində olan təhsil haqqından az deyil. Ancaq niyə valideynlər bunu seçmir, başa düşmək çətindir. İkinci məsələ məktəbin içində nələr edilməsi ilə bağlıdır. Biz əgər mərkəzləşmiş imtahan ediriksə, repetitorluq üçün hər zaman münbit şərait olacaq. Yəni burada təhsilin keyfiyyəti rol oynamayacaq. Şərti olaraq bu gün Azərbaycan təhsilinin keyfiyyəti 200-300 baldır. Sabah bu bal qalxıb 360 da olsa, yenə də daha çox bal yığan qəbul olacaq. Ona görə də hər zaman kimin artıq pulu varsa, repetitor yanına gedəcək. Bu fikrim çox müzakirələrə səbəb olacaq. Amma istənilən halda insanlar repetitor yanına gedəcək. Çünki bizdə əsas kimdənsə yaxşı olmaqdır. Özünün yaxşı olmasına baxan yoxdur”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 38 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım




























