“PAŞA Bank” digər banklardakı depozitlərini 2,7 dəfə artırıb - 1,1 MİLYARD MANATA YAXINLAŞIB
30 İyun 2022-ci il tarixində “PAŞA Bank” ASC-nin cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2 milyard 510 milyon 754 min manat təşkil edib.
İPOTEKA KREDİTLƏRİ PORTFELİ 100 MİLYON MANATI KEÇİB
Marja.az xəbər verir ki, o cümlədən biznes kreditləri portfeli 2 milyard 224 milyon 763 min manat, istehlak kreditləri portfeli 184 milyon 350 min manat, ipoteka kreditləri portfeli 101 milyon 641 min manat təşkil edib.
2021-ci ilin sonunda “PAŞA Bank” ASC-nin cəmi kredit portfeli 2 milyard 545 milyon 578 min manat, o cümlədən biznes kreditləri portfeli 2 milyard 296 milyon 541 min manat, istehlak kreditləri portfeli 163 milyon 241 min manat, ipoteka kreditləri portfeli 85 milyon 796 min manat təşkil etmişdi.
DİGƏR BANKLARDAKI DEPOZİTLƏRİNİ KƏSKİN ARTIRIB
Ötən ilin sonu ilə müqayisədə, 2022-ci ilin ilk 6 ayında “PAŞA Bank” ASC-nin digər banklar və maliyyə institutlarındakı depozitləri 681 milyon 135 və ya 2,7 dəfə artaraq 1 milyard 71 milyon 590 min manata çatıb. Ötən ilin sonunda digər banklar və maliyyə institutlarındakı depozitlər 390 milyon 455 min manat təşkil etmişdi.
Həmçinin oxu
“PAŞA Bank”ın xalis mənfəəti 28% artıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
1 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
3 saat əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
Əliyevlə Tramp arasında görüş keçirilib
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Ən çox oxunanlar
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib






















