İyunda son 10 ilin ən aşağı templi deflyasiyası baş verib
İyunda mövsümi amillərin təsiri ilə deflyasiya baş versə də, baza effektinə görə illik inflyasiyanın yüksəlməsi davam etmişdir. İyunda 0.1%-lik baş vermiş deflyasiya ərzaq qiymətlərinin 1% ucuzlaşması ilə bağlıdır. Təhlillər göstərir ki, cari ilin iyununda son 10 ilin ən aşağı templi deflyasiyası baş vermişdir.
Marja xəbər verir ki, bu, faiz dəhlizinin parametrləri haqqında Mərkəzi Bankın press-relizində bildirilir.
Qeyd edilib ki, illik inflyasiya 2022-ci ilin iyununda 14.2% (2022-ci ilin iyun ayı 2021-ci ilin iyun ayına nəzərən) təşkil etmişdir. Orta illik inflyasiya isə 12.9% olmuşdur. Baza inflyasiya iyun ayında illik 10.7% təşkil etmiş, orta illik 9.7% olmuşdur.
Ümumi inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərmişdir. İyunda illik ərzaq inflyasiyası 20.6%, orta illik ərzaq inflyasiyası isə 18.4% təşkil etmişdir.
Qeyri-ərzaq məhsulları üzrə qiymətlər iyunda illik 7.4%, orta illik 6.7% artmışdır. Xidmətlər son 1 ildə 10.9% bahalaşmışdır. Orta illik xidmət inflyasiyası 10.3% olub.
Ümumilikdə, iyunda illik inflyasiyaya 9 faiz bəndi ərzaq, 1.7 faiz bəndi qeyri-ərzaq, 3.5 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə vermişdir.
Xarici mənşəli xərc amilləri inflyasiyanın dinamikasını müəyyənləşdirən başlıca amil olaraq qalır. Dünya ərzaq qiymətlərinin iyunda 2.3% azalması qarşıdakı aylarda inflyasiyaya azaldıcı təsir edə biləcək amildir.
Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. İyunda aparılan sorğulara görə ev təsərrüfatlarının 81.9%-i qiymətlərin artacağını gözləyir. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə isə iyunda inflyasiya gözləntiləri əvvəlki ayla müqayisədə tikinti, ticarət və xidmət sektorlarında yüksəlmiş, qeyri-neft sənayesində azalmışdır.Mövsümi amillərin iyul və avqustda inflyasiyaya azaldıcı təsir göstərəcəyi gözlənilir. İlin sonuna baza amilinə görə illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır. Növbəti ildə isə xarici amillərin əlverişli dəyişimi halında inflyasiyanın tədricən birrəqəmli səviyyəyə enəcəyi proqnozlaşdırılır.
Həmçinin oxu
Mərkəzi Bank faiz qərarını açıqladıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 2 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)






