Listinqə ilk dəfə daxil ediləcək səhmlərin emitentləri xidmət haqqından azad edilir
Səhm bazarı stimullaşdırılır.
Qiymətli kağızlar bazarının təşviqi prosesinə növbəti dəstəkləyici tədbir olaraq, 1 avqust 2022-ci il tarixindən etibarən Bakı Fond Birjasının listinqinə ilk dəfə daxil ediləcək səhmlərin emitentləri 31 dekabr 2023-cü ilədək listinq üzrə xidmət haqqından azad edilir.
Birjanın yaydığı məlumatda bildirilir ki, bu addım BFB-də listinqdə olan səhmdar cəmiyyətlərin sayının artırılması və ümumilikdə BFB-nin bazar kapitallaşmasının yüksəldilməsinə hədəflənmişdir
Kapital bazarının təşviq edilməsi məqsədilə Bakı Fond Birjası tərəfindən bir neçə istiqamət üzrə tədbirlər həyata keçirməkdədir. Belə ki, özəl sektorun kapital bazarından maliyyələşmə təşəbbüslərinin və fond birjasında listinqinin təşviqi məqsədilə listinq tələbləri sadələşdirilmiş və kapital bazarında stimullaşdırıcı tarif rejiminin tətbiqinə başlanmışdır. Eyni zamanda, korporativ qiymətli kağızların kütləvi təklifinin stimullaşdırılması məqsədilə Birja tərəfindən anderraytinq xidməti göstərən investisiya şirkətlərinin mükafatlandırılması mexanizmi tətbiq edilir. Bu isə öz növbəsində qiymətli kağızların kütləvi təklif üsulu ilə Birjada yerləşdirilməsi imkanlarına müsbət təsir göstərməkdədir. Bununla yanaşı, Birja tərəfindən müvafiq dövlət qurumları və investisiya şirkətlərinin iştirakı ilə paytaxtda və ölkəmizin regionlarında intensiv maarifləndirmə tədbirləri təşkil edilməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
36 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 39 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
