Çin avtomobillərinin Rusiya bazarında payı 24%-i keçib
İyulda Çin markalı avtomobillər Rusiya Federasiyasında satılan yeni avtomobillərin ümumi sayının 24,3%-ni təşkil edib.
Marja xəbər verir ki, bu məlumatı "Avtostat" analitik agentliyi təqdim edir.
“2022-ci ilin iyul ayında ruslar Çin markalı 8642 yeni avtomobil alıblar ki, bu da ümumi bazarın 24,3%-ni təşkil edir”, - agentliyin məlumatında bildirilir.
Qeyd olunub ki, Çin istehsalçılarının avtomobilləri satışda ilk dəfə Koreya avtomobillərini üstələyib. İyulda Koreya brendlərinin ümumi satışdakı payı 21,2% təşkil edib, yerli istehsalçılar isə 30,9% payla liderliyini qoruyub.
Bazarda Çin avtomobil modellərinin satışı son aylarda sürətlə artmağa başlayıb. Belə ki, Çin istehsalçılarının payı martda 9,5%-dən apreldə 12,6%-ə yüksəlib, may ayında isə 16,9%-ə çatıb. İyun ayında bu göstərici bazarın 21%-nə yüksəlib.
"Ruslar tərəfindən iyul ayında alınan bütün Çin avtomobillərinin 90%-dən çoxu dörd markanın payına düşür: Chery (2 577 ədəd), Geely (2 323 ədəd), Haval (2 155 ədəd), EXEED (112 ədəd).
Ən populyar Çin avtomobil modelləri Geely Coolray (1219 ədəd), Haval Jolion (1162 ədəd), Chery Tiggo 7 PRO (1134 ədəd) olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat





















