Ölkədə İLK dəfə: Code Academy-dən “Game Design and Development” üzrə TAM TƏQAÜDLÜ BOOTCAMP!
(®) IT tədrisi sahəsində ölkəmizdə inqilab yaradan Code Academy, qlobalda böyük imkanlar qazandıran “Game Design and Development” sahəsi üzrə tam təqaüdlü, yəni ödənişsiz bootcamp layihəsinə start verir.
Oyun dünyasının sirlərini öyrənmək, hazırladığı oyunlarla həm ölkədaxili, həm də ölkəxaricində fərq yaratmaq istəyən, əldə edəcəyi bilik və təcrübəsini daha sonra tədris etməkdə maraqlı olan şəxslər bu proqramda iştirak üçün müraciət edə bilərlər.
Türkiyədən dəvət olunmuş ekspertlər tərəfindən 8 həftə ərzində keçiriləcək bu tədris proqramında ümumilikdə 30 nəfər iştirak hüququ qazanaraq, Code Academy tərəfindən 7500 AZN dəyərində təqaüd əldə etməklə, tam ödənişsiz təhsil ala biləcəklər. İştirakçıların 15 nəfəri “Game Art and Design”, digər 15 nəfəri isə “Game Development” tədrisinə qoşulacaqlar.
Ölkədə ilk dəfə keçiriləcək intensiv tədris proqramına əsaslanan bu layihə çərçivəsində iştirakçılar https://game.code.edu.az/ səhifəsində qeyd olunan şərtlər əsasında seçiləcək və tədrisi uğurla bitirdikdən sonra Code Academy və onun təsis etdiyi Game studiyada, həmçinin Akademiyanın qlobal tərəfdaşlarında iş imkanı əldə edə biləcəklər.
Oyun dünyasında özünü və gələcəyini görən şəxslər 28 avqust, saat 23:59-dək proqrama bu linkdən https://game.code.edu.az/ müraciət edə bilərlər.
7 ildən çoxdur ki, 5000 nəfərdən çox tələbəyə xidmət göstərmiş Code Academy və onun fəaliyyəti haqqında daha ətraflı məlumatla https://code.edu.az/ rəsmi veb saytına daxil olaraq tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 9 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























