2022-ci ilin sonunda 1 dolların 20 Türk Lirəsinə yaxınlaşacağı gözlənir
HSBC ilin sonuna USD/TL üzrə proqnozunu 17,5-dən 19,5-ə yüksəldib.Böyük Britaniyanın bank və maliyyə xidmətləri şirkəti HSBC 9 avqust 2022-ci il tarixli hesabatında Dollar/ Türk Lirəsi (TL) üzrə ilin sonu proqnozunu açıqlayıb.
Marja xəbər verir ki, HSBC Dollar/ TL üzrə 2022-ci ilin ilin son üçün proqnozunu 17,5-dən 19,5-ə yüksəldib, 2023-cü ilin ikinci rübünün sonunda isə əvvəllər 18,2 olan USD/TL proqnozunu 21-ə dəyişib
Hesabatda bank, son aylarda artan inflyasiya ilə real faiz dərəcələrinin daha da pisləşdiyini və cari hesab kəsiri artdıqca TL-nin dəyər itirdiyini qeyd edib.
Pul siyasətində dəyişiklik barədə düşünmək üçün “az səbəb” gördüklərini qeyd edən HSBC, “Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) ənənəvi pul siyasəti tədbirləri ilə artan inflyasiyaya cavab vermədi və heç bir işarə də yoxdur ki, bu dəyişəcək”, - bildirib.
Hesabatda HSBC, pul siyasəti ilə dollarlaşma arasındakı qarşılıqlı əlaqənin TL üçün risk faktoru olaraq qalmağa davam edəcəyini, lakin bunun ən azı indilik əsas narahatlıq doğurmadığını bildirib. Açıqlamada vurğulanıb ki, TL üçün əsas makro risk cari əməliyyatlar hesabının dinamikası ilə bağlıdır və burada pisləşmə gözləniləndən “pis”dir.
Ticarət kəsirinin rekord səviyyələrə yaxın olduğunu və turizm sektorunun ən güclü olduğu bir vaxtda belə cari əməliyyatlar kəsirinin artdığını qeyd edən Bank, “Payız mövsümində turizm gəlirləri azalacağından və Avropada iqtisadi tənəzzül ehtimalı ilə Türk Lirəsi ucuzlaşma istiqamətində təzyiq altında olacaqdır”,- qeyd edib.
Hazırda Dollat/TL məzəənnəsi 17,91 türk lirəsinə bərabərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 19 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























