Moody’s agentliyi Bank of Baku-nun reytinqini bir daha yüksəltdi!
Beynəlxalq reytinq agentliyi Moody’s “Bank of Baku”-nun reytinqini yüksəldib.
Bankın yaydığı məlumatda bildirilir ki, agentlik tərəfindən bankın baza kredit qiymətləndirilməsi (BCA) və depozit reytinqləri yüksəlib.
Hesabata əsasən, bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi B3 səviyyəsindən B2 səviyyəsinə qədər artırılıb, bu reytinq üzrə gözləntilər "Stabil" olaraq qiymətləndirmişdir. Bank of Baku-nun baza kredit qiymətləndirməsini B3-dən B2 səviyyəsinə qaldırıb.
Eyni zamanda, aktivlərinin keyfiyyəti, güclü kapital buferinə malik olması və kredit ödəmə qabiliyyətinin müsbət olması bankın reytinqinin yüksəlməsinə səbəb olan göstəricilərdir.
"Moody’s” ekspertləri Bank of Baku-nun maliyyə göstəricilərində davamlı yaxşılaşmanın, gələcəkdə də bankın reytinqlərini yüksəldə biləcəyini proqnozlaşdırıblar.
Əlavə olaraq qeyd edək ki, iyul ayının sonuna bankın kapital həcmi 112.5 mln, məcmu kapital adekvatlığı əmsalı 18.06%, ani likvidlik əmsalı isə 83.95% təşkil etmişdir. Bütün bunlar bankın fəaliyyətinin uğurla davam etdirildiyini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 1 saat əvvəl
-
2 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
2 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
2 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
3 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir






















