Bağ Evləri yaşayış-istirahət məntəqəsi salınıb - 30 EV TİKİLİB
Ayrılmış torpaq sahələrində bağ təsərrüfatlarının yaradılması məqsədilə ilkin mərhələdə 30 modultipli evin tikintisi yekunlaşdırılmışdır ki, onlardan 20-si iki, 10-u isə üçotaqlıdır.
Şəhər və qəsəbələrdə yaşayan əhalinin istirahətinin səmərəli təşkili, yaşıllıqların artırılması, torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün bağ təsərrüfatının yaradılması və istifadəsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Naxçıvanda Uzunoba gölü ətrafında yerləşən 20 hektar istifadəsiz torpaq sahəsi 2019-cu ildən bağ təsərrüfatı yaradılması üçün vətəndaşların istifadəsinə ayrılmış, ərazidə yeni Bağ Evləri yaşayış-istirahət məntəqəsi salınmışdır.
Marja xəbər verir ki, avqustun 11-də Bağ Evləri yaşayış-istirahət məntəqəsinin təqdimatı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Məlumat verilmişdir ki, bağ ərazilərinin təşkili ərazinin təbii-iqtisadi şəraiti, həmçinin mühəndis, nəqliyyat və sosial infrastrukturu nəzərə alınmaqla əlverişli hesab edilən, dövlət mülkiyyətində olan torpaq sahələri hesabına həyata keçirilir. Ərazidə nəqliyyat vasitələrinin hərəkətini asanlaşdırmaq üçün 3 kilometr asfalt yol çəkilmiş, 1080 metr piyada yolu salınmışdır. Yolun üzərində 17 su keçidi qoyulmuş, 180 metr su kanalı çəkilmiş, 2 körpü əsaslı təmir olunmuşdur. Eyni zamanda Uzunoba Su Anbarında bəndin üzərinə 1900 metr uzunluğunda asfalt örtük salınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu işlərin görülməsində əməyi olanlara təşəkkürünü bildirmiş, mənzil sahiblərinin hər birinə xoş istirahət və rahat həyat arzulamışdır.
Sonra Ali Məclisin Sədri yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, ayrılmış torpaq sahələrində bağ təsərrüfatlarının yaradılması məqsədilə ilkin mərhələdə 30 modultipli evin tikintisi yekunlaşdırılmışdır ki, onlardan 20-si iki, 10-u isə üçotaqlıdır. Hər ev üçün ayrılmış torpaq sahəsi çəpərlənmiş və abadlaşdırılmış, su, kanalizasiya, elektrik xətləri çəkilmiş və digər lazımi infrastruktur yaradılmışdır. Artıq ərazidə 28 ailə bağ təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün ev və torpaq sahəsi ilə təmin olunmuşdur. Ailələr onlar üçün ayrılmış torpaq sahələrində yaşıllaşdırma işləri aparmış, müxtəlif meyvə ağacları, bostan və tərəvəz bitkiləri əkmişlər.
Ali Məclisin Sədri ərazinin layihələndirilməsi və yeni bağ evlərinin tikilməsi, boş ərazilərdə yaşıllıqların salınması barədə tapşırıqlar vermişdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 2 gün sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 gün sonra
-
7 saat əvvəl
ABŞ bazarlarında yüksəliş: Dow Jones yeni rekord səviyyəyə çatıb
-
7 saat əvvəl
Energetika Nazirliyində “ACWA Power” şirkəti ilə külək enerjisi layihələrinin icrası müzakirə olunub
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"BİRKART"ın istiqrazlarına 62 investor 62 sifariş təqdim edib
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

ABŞ bazarlarında yüksəliş: Dow Jones yeni rekord səviyyəyə çatıb

ABŞ-da inflyasiya iqtisadçıları təəccübləndirdi

"BİRKART"ın istiqrazlarına 62 investor 62 sifariş təqdim edib

Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayıb

“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək
Ən çox oxunanlar

Avropada ixtisar dalğası: Şirkətlər xərcləri azaltmaq üçün yenidənqurma prosesinə gedirlər

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Xalq Bank nizamnamə kapitalını artırdı

Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb

Norm Ustalar Klubunda “Təhsilli Gələcəyəm” layihəsinin iştirakçıları tələbə adını qazanıblar

“PAŞA Bank” Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının rəsmi bank tərəfdaşıdır

Erməni spiker: Mağazalarımızda Azərbaycan malları satılacaq
