Fransa bankı Dolların 22 türk lirəsinə yüksələcəyini gözləyir
Fransa bankı Société Générale (SocGen) Türkiyədə inflyasiyanın oktyabrda rekord səviyyəyə - 87 faizə yüksələcəyini proqnozlaşdırıb. Bank daha əvvəl 22 olaraq açıqlanan il sonu USD/TL proqnozunu saxlayıb, USD/TL-də uzun mövqe tövsiyə edib.Société Générale (SocGen) Türkiyə ilə bağlı təhlilində inflyasiyanın pik nöqtəsinin 87% olacağını proqnozlaşdırır.
Marja xəbər verir ki, SocGen, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Avqust toplantısında faiz dərəcəsində dəyişiklik gözləmədiyini vurğulayıb.
Bank, “Türkiyənin rəsmi illik inflyasiya məlumatının oktyabr ayında 87 faizlə zirvəyə çatacağını gözləyirik” bildirib.
"İnflyasiyanın daha da sürətlənəcəyi gözlənilsə də, faizin artırılacağı ehtimalı azdır" qeyd edən Bank, Mərkəzi Bankın kredit artımını cilovlamaq, valyuta mövqelərinin qarşısını almaq və lirəni dəstəkləmək üçün digər tədbirlərə diqqətini davam etdirəcəyi gözlənilir.
“Bizim əsas ssenarimiz odur ki, TCMB seçkiyə qədər mövcud siyasətini davam etdirəcək”
TCMB üçün əsas ssenarinin ən azı gələn il 18 iyunda keçirilməsi planlaşdırılan seçkiyə qədər mövcud siyasəti davam etdirmək olduğunu qeyd edən SocGen, “Bizim fikrimizcə, güclü turizm gəlirləri lirə üzərindəki təzyiqləri azaldacaq. 2022-ci ildə kredit artımına nəzarət tədbirləri və TCMB-nin artan ehtiyatları da qış aylarında lirənin nəzarətsiz ucuzlaşmasının qarşısını alacaq",- qeyd edib.
Türk lirəsinin xarici amillərə görə dəyər itirməyə davam edəcəyini düşündüklərini qeyd edən SocGen, 2022-ci ilin sonu üçün USD/TL proqnozunun 22 türk lirəsi səviyyəsində olduğunu və uzun mövqe tövsiyə etdiklərini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
11 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
12 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)


















