Böyük Britaniya hökumıəti 100 milyard funt sterlinqdən çox kompensasiya ödəməyə məcburdur
Böyük Britaniya hakimiyyəti iki il ərzində böhran səbəbindən Böyük Britaniya sakinlərinə kəskin artan yanacaq və elektrik xərclərinə görə 100 milyard funt sterlinqdən (118 milyard dollar) çox kompensasiya ödəməyə məcburdur.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü Financial Times qəzeti yazıb.
Britaniyanın altı əsas enerji şirkətindən biri olan Scottish Power-ın baş icraçı direktoru Keyt Anderson, "Təbii qaz və elektrik enerjisinin bahalaşması fonunda bu cür maliyyələşdirmə ölkəni bürümüş böhranın miqyasını və dərinliyini göstərir" deyib.
Məlumata görə, britaniyalı ev təsərrüfatları üçün maksimum elektrik ödənişləri ildə 2 min funt-sterlinqdən (2,4 min dollar) çox olmamalıdır. Onun dəyəri daha yüksək olduqda, qiymət fərqi dövlət vəsaitləri hesabına kompensasiya edilir. Artıq bu həftə ev təsərrüfatları üçün maksimum elektrik ödənişlərinin 3 min funt-sterlinqə (3,5 min dollar) çatacağı gözlənilir.
Əvvəllər enerji konsaltinq şirkəti Auxilione, 2023-2024-cü maliyyə ilinin əvvəlində (aprel ayından başlayaraq) Böyük Britaniyanın orta illik məişət elektrik haqqının rekord həddə çata biləcəyini proqnozlaşdırmışdı.
Mart ayında Londonda yerləşən İqtisadiyyat və Biznes Tədqiqatları Mərkəzi Böyük Britaniyanın 1950-ci illərdən bəri həyat standartlarının ən pis düşməsi riski ilə üzləşdiyi barədə xəbərdarlıq edən hesabat dərc edib. Rəsmi məlumatlara görə, iyulda ölkədə inflyasiya illik müqayisədə 10,1%-ə yüksəlib. Buna Ukraynadakı müharibə, Rusiya ilə Qərb arasında iqtisadi qarşıdurma nəticəsində ərzaq, yanacaq və elektrik enerjisinin kəskin bahalaşması səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























