Jackson Hole-da veriləcək mesajlar dolların məzənnəsi üçün mühüm rol oynayacaq
Jackson Hole toplantısında veriləcək mesajlar qlobal bazarlarda dolların məzənnəsi üçün kritik rol oynayacaq. Bazarda bu toplantıdan daha çox sərt pul siyasətinə dair siqnallar gözlənilsə də, Goldman Sachs yumuşaq tonunda mesajların ola biləcəyini proqnozlaşdırır.Dollar qlobal bazarlarda möhkəmlənməyə davam edərkən, cümə günü Jackson Hole-dan gələcək açıqlamalar diqqətlə izləniləcək.
Marja xəbər verir ki, həftənin üçüncü ticarət günündə dollar indeksi məhdud da olsa bahalaşaraq 108 səviyyəsini keçib. Avro/Dollar məzənnəsi də 0,99 səviyyəsindədir.
Bloomberg Dollar İndeksi də yüksəlişini davam etdirərək 1.290 səviyyəsini keçib.
Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) faizini 13 faizə endirməsi qərarından sonra Türk lirəsi ucuzlaşmaqda davam edir, dollar/TL məzənnəsi 18,15 səviyyəsinə yüksəlib.
Goldman Sachs-ın baş iqtisadçısı Jan Hatziusun sözlərinə görə, cümə günü FED sədri Jerome Powell (Cerom Pauell) faiz artımlarının yavaşlamasını vurğulayan bir çıxış edə bilər.
Fed tərəfindən faiz dərəcələrinin iki dəfə ardıcıl 75 faiz bəndi artırıldığını xatırladan Hatzius, sürpriz bir məlumat alınmaması halında sentyabr ayında faiz dərəcələrində 50 faiz bənd artım gözlədiklərini qeyd edib. Hatzius, Fed sədrinin çıxışında "faiz artımı üzrə rəqəm verilməsə də, həddindən artıq sərt pul siyasətinin risklər yarada biləcəyinin vurğulanacağını" bildirib. İnflyasiyanın 2 faizlik hədəfin çox üzərində olduğunu qeyd edən Hatzius, Pauellin "işimiz hələ bitməyib" deyə vurğulamasını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 19 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























