İnkişaf etməkdə olan ölkələrin valyutalarını “ağrılı günlər” gözləyir
Ekspertlər bu fikirdədirlər ki, güclü dollar, pandemiyanın təsirləri və Ukrayna müharibəsi səbəbindən qarşıdakı dövrdə inkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiqlər artacaq.ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bakı -FED) sədri Cerom Pauellin Cekson Holedakı çıxışında “İnflyasiyanın azaldılması üçün ağrılı bir dövrdən keçəcəyik” mesajına bənzər bir mesaj simpoziumda çıxış edən Avropa Mərkəzi Bankının (AMB) rəsmilərin tərəfindən verilib
MArja-nın məlumatına görə, ekspertlər bu fikirdədirlər ki, 2008-ci il böhranından sonra tətbiq edilən monetar ekspansiyaya son qoyulması gələcək dövrdə inkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiqləri artıracaq. Bununla belə, FED ilə birlikdə və ya FED-dən əvvəl pul siyasətini sərtləşdirməyə (faiz artırmağa) başlayan inkişaf etməkdə olan iqtisadiyyatların əvvəlki sərt şərtlər dövrlərinə nisbətən daha hazır olacaqları qiymətləndirilir. Dollar indeksi Jackson Hole-dan sonra 109 səviyyəsinə doğru hərəkət edir. Avroda enerji böhranı ilə əlaqədar olaraq Avroda çox güclü bir bahalaşma gözlənilmir.
"ING Bank"ın Forex Strateqi Françesko Pesole hesab edir ki, FED-in açıqlamalarından sonra dolların möhkəmlənməsi inkişaf etməkdə olan ölkələrin valyutaları üçün daha çox təzyiq deməkdir. Pesole, “FED-in daha çox faiz artıracağı ehtimalı dolları gücləndirir. Bu vəziyyət, bu il təxminən 5 faiz ucuzlaşan inkişaf etməkdə olan bazar valyutaları üçün daha çox ağrı deməkdir”, - bildirib.
VALYUTA EHTİYATLARI 379 MİLYARD DOLLAR "ƏRİYİB"
“Wall Street Journal”da dərc olunan təhlildə, Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, inkişaf etməkdə olan və inkişaf etməkdə olan ölkələrin valyuta ehtiyatlarının bu ilin əvvəlindən iyunun sonuna kimi 379 milyard dollar "əridiyi" bildirilir. İnkişaf etməkdə olan ölkələrin 2008-ci ildən bəri ən yüksək nisbətdə ehtiyatlarından dollar satdığına diqqət çəkilən təhliildə, "Bu, ən kövrək iqtisadiyyatlarda defolt dalğası riskini artırır",- qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























