Honda və LG Energy litium-ion batareya istehsalı zavodu tikəcək
Avtomobil istehsalçısı Honda, Şimali Amerika bazarında elektriklə işləyən avtomobilləri akkumulyatorlarla təchiz etmək üçün LG Energy Solution şirkəti ilə birgə müəssisə yaratdıqlarını açıqlayıb. 2025-ci ildə ABŞ-da kütləvi istehsala başlayacaq zavodun investisiya həcmi 4,4 milyard dollardır.Yaponiyanın avtomobil nəhəngi Honda və Cənubi Koreyada yerləşən ən böyük avtomobil akkumulyatoru istehsalçılarından biri olan LG Energy Solution şirkəti, ABŞ-da 4,4 milyard dollarlıq sərmayə ilə litium-ion akkumulyator istehsalı müəssisəsi quracaq.
Marja xəbər verir ki, yaradılan birgə müəssisə zavodun tikintisinə 2023-cü ilin əvvəlində başlamağı və 2025-ci ilə qədər litium-ion batareya elementlərinin kütləvi istehsalına başlamağı hədəfləyir. İki şirkətin məqsədi Şimali Amerika bazarını batareyalarla təmin etməkdir.
Honda şirkətinin baş icraçı direktoru Toşihiro Mibe bildirib ki, "Honda, elektrik avtomobillərinin kritik komponenti olan elektrik avtomobil akkumulyatorlarının yerli tədarükünə sadiqdir".
Digər bir Yapon texnologiya şirkəti Panasonic, Oklahoma ştatını, Tesla üçün batareyalar təmin edəcək litium-ion batareya zavodunun yeri olaraq gördüyünü açıqlayıb Bu, Yapon elektronika istehsalçısının Kanzasda 4 milyard dollarlıq zavod üçün keçən ay elan etdiyi plandan əlavə yeni bir investisiya olaraq elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























