OPEC+ Texniki Komitəsindən pessimist ssenarilər - NEFT UCUZLAŞIR
Qlobal neft təklifinin çoxluğu ilə bağlı proqnozlar artırıldı!OPEC+ Texniki Komitəsi 2022-ci ildə dünya bazarında izafi neft təklifi üzrə proqnozunu 0,9 milyon barel/günə yüksəldib. Halbuki bir ay əvvəl təklif profisiti 0,8 milyon barel/gün səviyyəsində proqnozlaşdırılırdı. Marja xəbər verir ki, proqnoz 100 min barel/gün artırılıb.
Həmçinin OPEC+ ekspertləri proqnozlaşdırırlar ki, 2023-cü ildə neft təklifi profisiti əvvəllər gözlənildiyi kimi 0,5 milyon barel yox, 0,9 milyon barel olacaq.
Daha pessimist ssenariyə əsasən, 2022-ci ildə qlobal neft bazarında profisit sutkada 1,3 milyon barelə, 2023-cü ildə isə 1,5 milyon barelə qədər arta bilər. Daha optimist ssenaridə isə 2022-ci ildə izafi neft təklifi 0,6 milyon barel/gün (əvvəllər 0,5 milyon barel/gün) və 2023-cü ildə 0,8 milyon barel/gün (0,4 milyon barel/gün) olacağı gözlənilir.
Sənədə əsasən, OPEC+ texniki komitəsi 2022-ci ildə neftə tələbat artımı proqnozunu sutkada 3,4 milyon bareldən 3,1 milyon barelə endirib. Alyansın texniki panelindəki ekspertlər 2023-cü ildə tələbin sutkada 2,7 milyon barel artaraq 102,7 milyon barelə çata biləcəyini gözləyirlər.
Eyni zamanda, OECD ölkələrinin kommersiya neft ehtiyatları 2022-ci ildə 180 milyon barel artacaq (əvvəllər 175 milyon barel artım gözlənilirdi) - 2021-ci ilin sonundakı 2,648 milyard barelə qarşı 2,824 milyard barelə qədər.
OPEC+ Texniki Komitəsi neft bazarının inkişafı ssenarilərini ənənəvi olaraq saziş ölkələrinin nazirlərinin görüşündən əvvəl qiymətləndirir. Monitorinq komitəsinin iclası və nazirlərin iclası sentyabrın 5-nə təyin edilib. Ekspertlər qrupunun hesabatı nazirlərin monitorinq komitəsinin iclasında vəziyyətin qiymətləndirilməsi üçün əsasdır, məhz bu komitə müəyyən müddət üçün saziş ölkələrinə hasilatın səviyyəsi ilə bağlı tövsiyələr verə bilər. OPEC+ Texniki Komitəsi belə bir funksiyaya malik deyil.
Qeyd edək ki, OPEC+ Texniki Komitəsinin proqnozlarından sonra dünya bazarlarında neft ucuzlaşıb. Brent neftinin qiyməti 3,5% azalaraq 95,89 dollara geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
30 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 32 d. əvvəl
-
-
37 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
42 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb






























