Geyim idxalçıları ekspeditor şirkətlərilə əməkdaşlıq edəcək - SAZİŞ
Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası arasında əməkdaşlıq haqqında Saziş imzalanıbPərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası arasında əməkdaşlıq haqqında Saziş imzalanıb
Assosiasiyanın yaydığı məlumata görə, sazişi Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının sədri Fərid Novruzi və Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının sədri Kamran Həbibov imzaladılar.
Birgə fəaliyyət istiqamətlərini müəyyən edən Sazişin əsas məqsədi, tərəfdaşlığın inkişafı, məlumat və təcrübə mübadiləsi, təchizat zəncirlərinin optimallaşdırılması, saxlanması və paylanması problemlərinin effektiv həllini təmin edən logistika və pərakəndə satış sahəsində müasir rəqəmsal sistemlərin tətbiqi, logistika və pərakəndə satış sahəsində beynəlxalq təşkilatların, şirkətlərin və ekspertlərin iştirakı ilə konfransların, biznes forumların, seminarların, dəyirmi masaların birgə təşkil olunması, regional və beynəlxalq tədbirlərdə birgə iştirak, maraqlı şirkət və təşkilatlarla peşəkar və işgüzar əlaqələrin genişləndirilməsinə köməklik etməkdən ibarətdir.
İmzalanma mərasimi zamanı Assosiasiya sədrləri üzvlərini narahat edən bir sıra məsələlər və onların həlli istiqmətləri haqqında müzakirələr, hər iki tərəf üçün maraq doğuran təkrar ixrac (reexport) imkanları haqqında fikir mübadiləsi apardılar.Təkrar ixracın müsbət təsirləri, əsasən də, geyim idxalçıları üçün gətirilən malların həcminin artırılması, nəqliyyat ekspeditor şirkətləri üçün isə, yük daşımalarının artırılması imkanları nəzərə alınmaqla, bundan sonra bu istiqamətdə birgə işlərin görülməsi barədə razılıq əldə olunub.
Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının sədri Fərid Novruzinin sözlərinə görə, ölkəyə idxal olunan və əlavə dəyər vergisi (ƏDV) hesablanan geyim malları bəzən ixracatçıya geri qaytarılır və assosiasiya üzvlərinin təklifi həmin mallar üzrə hesablananidxal gömrük rüsumunun kompensasiya olunmasından ibarətdir. Təkrar ixrac əməliyyatlarında Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası üzvlərinin iştirakı isə, logistika fəaliyyəti ilə məşğul olan şirkətlər üçün həm əlavə həcm, həm də, yeni fəaliyyət növü deməkdir. Bununla da, nəqliyyat şirkətləri yük daşımalarının həcmini və istiqamətini genişləndirmək imkanları əldə edə biləcəklər.
“Satılmayan və ixracatçıya geri qaytarılanmallar üzrə idxal gömrük rüsumunun hər hansı bir formada kompensasiya olunması, sahibkarlıq fəaliyyətinin inkişafına əlavə dəstək kimi qiymətləndirilə bilər”, - deyə Fərid Novruzi qeyd edib.”, - deyə Fərid Novruzi qeyd edib.
Danışıqların sonunda tərəflər məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə (DGK) birgə müraciətin edilmədi və məsələnin həlli üçün birgə təkliflər paketinin hazırlanması haqqında razılığa gəldilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








