Orta Asiya gübrəsinin Avropaya çatdırılmasında “ADY Konteyner” MMC-nin xidmətindən istifadə edilib
ADY Konteyner və ASCO-nun (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) Qara dənizdə birgə layihəsi olan, əsasən Çindən Avropaya və əks istiqamətdə yükdaşımalarda istifadə olunan “Rəsul Rza” fider gəmisi ilə ilk dəfə olaraq Orta Asiyadan göndərilən yüklərin Rumıniyanın Konstanta limanına çatdırılmasını həyata keçirilib.
“ADY Konteyner”in yaydığı məlumatda bildirilir ki, yükü mineral gübrə olan 24 konteynerdən ibarət blok qatar Özbəkistandan yola salınıb. Qatar Türkmənistanın Türkmənbaşı limanına çatdıqdan sonra 40 futluq konteynerlər Xəzər dənizində fider daşımaları həyata keçirən “Mahmud Rəhimov” gəmisi vasitəsilə Ələt limanına gətirilib. Burada platformalara yüklənərək dəmiryolu ilə Gürcüstanın Batumi limanına, daha sonra isə “Rəsul Rza” fider gəmisi ilə Konstantaya çatdırılıb.
Bu xidmətə Orta Asiyadan gələn yüklərin cəlb edilməsi yeni geosiyasi vəziyyətdə ölkəmizin Çin-Avropa ilə yanaşı, Orta Asiya- Avropa və əks istiqamətdə nəqliyyat bağlantısının gücləndirilməsində rolunun artmasına, bu marşrut üzrə yüklərin daşınması prosesində davamlılığın təmin olunmasında əsas iştirakçılardan birinə çevrilməsinə xidmət edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















