Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu gün Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çərşənbə günü 110.50 bənd səviyyəsinədək bahalaşan dollar indeksi daha sonra 109.30 bənd səviyyəsinədək ucuzlaşıb ki, bu da avro və funtun bahalaşmasına səbəb olub. Dünən açıqlanan “Bej kitab” məlumatlarına əsasən avqust ayında ABŞ iqtisadiyyatında iqtisadi inkişaf templəri zəif olmuşdur. Yaxın 6-12 ay ərzində tələbin zəifləyəcəyi proqnozlaşdırılır. 

Bu gün Bakı vaxtı ilə 16.15-də açıqlanacaq Avropa mərkəzi bankının faiz qərarı haqqında məlumatlar investorların diqqət mərkəzində olacaq. 

Günün digər vacib gözlənilən hadisələri 17.10-da FED sədri Jerom Povelin Katon İnstitutunda təşkil olunan konfransda edəcəyi çıxış və 18.15-də Avropa Mərkəzi bankının sədri Kristin Laqardın faiz qərarı haqqında çıxışı diqqət mərkəzində olacaq. 

Gözlənilən digər vacib çıxış Böyük Britaniyanın yeni baş naziri Liss Trassın növbəti dönəm üçün vergi-büdcə siyasəti haqqında verəcəyi məlumatlar olacaq. 

1719$ qədər bahalaşan qızıl hal-hazırda 1716$ səviyyələrində ticarət olunur. Artım tendensiyasının davam edəcəyi gözlənilir. 1720$ səviyyəsinin qırıldıldığı təqdirdə 1725$ və 1730$  səviyyələrinədək artım ola bilər. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

08.09.2022 12:27

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18