Rasim Məmmədov: "Əvəz Zeynallı məni dəfələrlə hədələyərək şantaj edib"
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova- Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
R.Məmmədov bildirib ki, "Xural TV"nin rəhbəri Əvəz Zeynallı onu dəfələrlə hədələyib: "Bu gün də mənim ailəmə qarşı eyni şeyi edir. Əvəz cinayətkardır. Uzun illər məndən rüşvət tələb edib. Əvəz məndən Türkiyə xüsusi xidmət orqanlarına şikayət edib”.
Bu hissədə hakim onun sözünü kəsib və işə aidiyyəti olmadığını deyib. Hakim ifadəsini mahiyyəti üzrə davam etdirməsini istəyib.
Daha sonra dövlət ittihamçısı deyib ki, R.Məmmədovun dedikləri aktlaşdırılıb, Ə.Zeynallıya qarşı başladılmış cinayət işinə əlavə olunmalıdır.
R.Məmmədovun vəkilləri vəsatət verərək deyib ki, müvəkkilinin həbs edilən digər vəkili Elçin Sadıqovla bağlı qərar dəyişə bilər və o, yenidən müdafiə prosesinə qoşula bilər. Buna görə də, iclasın təxirə salınmasını istəyiblər. Hakim vəsatəti təmin etməyib.
Daha sonra R.Məmmədov sərbəst ifadəsinə başlayıb. O söyləyib ki, 2008-ci ildə “Baku Steel Company”də işləməyə başlayıb: "Əvvəllər şirkətin 25 faizi mənə məxsus idi. Sonradan şirkətin vəziyyəti pisləşdi. Mən hissə-hissə 30 milyon manata zavodu aldım".
İttihamda bildirilib ki, “Baku Steel Company” MMC 2009-cu ilin avqustunda qeydiyyatdan keçib.
Rasim Məmmədov 2021-ci il yanvarın 28-nə qədər şirkətin Müşahidə Şurasının sədri olub. O, zavoda rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən rəqəmləri şişirtməklə, başqa şəxslərin adına şirkətlər yaratmaqda, “Baku Steel Company”nin mallarını həmin şirkətlərə daha aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə ittiham olunur.
İttiham aktın əsasən, Rasim Məmmədov bu cür üsullarla ümumilikdə 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib. onun barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























.jpg)



