Azərbaycan Prezidenti 50 şəhid ilə bağlı paylaşım etdi
Azərbaycan Prezidenti: Şəhidlərimizin qanı yerdə qalmadı!Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin qanı yerdə qalmadı!"
Müdafiə Nazirliyindən Marja-ya verilən məlumata görə, Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 19 d. əvvəl
-
1 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
-
-
2 saat əvvəl
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ABŞ-ın “sürətli qələbə” və “rejim dəyişikliyi” kimi hədəfləri uğursuz olub"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
Qeyri-müəyyənlik yüksək olaraq qalır, neft qiymətləri artır
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
Ən çox oxunanlar
Putin Rusiyadan külçə qızıl ixracını qadağan edib
Tramp: İran razılaşmaq istəyir, amma bunu deməyə qorxur
İran: ABŞ ilə heç bir danışıqlar aparılmır
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur























