Yaponiyada inflyasiya mərkəzi bankın hədəf səviyyəsini keçib
Avqustda Yaponiyada inflyasiya 2,8% təşkil edibYaponiyada baza inflyasiya avqust ayında da Yaponiya Mərkəzi Bankının 2%-lik inflyasiya hədəfini aşaraq, 2,8% təşkil edib. Bu, son yeddi ilin ən yüksək səviyyəsidir.
Marja xəbər verir ki, bunu ölkənin İnzibati İşlər və Rabitə Nazirliyinin çərşənbə axşamı açıqladığı statistika göstərir.
Ölkədə bahalaşmanı əks etdirən əsas göstərici (baza inflyasiya) yanacağın qiymətini əhatə edir, lakin tez xarab olan məhsulların qiymətləri çox güclü dalğalanmalara məruz qaldığından onları nəzərə almır. Yaponiya Mərkəzi Bankı inflyasiya hədəfini məhz bu indeks üzrə müəyyən edir. Tez xarab olan məhsulları da nəzərə alan inflyasiya 3% təşkil edib.
Bahalaşmaya sas səbəblər kimi enerji resurslarının, ərzaq məhsullarının bahalaşması, həmçinin Yaponiya milli valyutasının zəifləməsi göstərilir.
Aprel ayından etibarən qiymət artım tempində sürətlənmə müşahidə olunur. Belə ki, tez xarab olan mallar nəzərə alınmadan baza inflyasiya aprel ayında ilk dəfə olaraq 2%-i keçərək 2,1% təşkil edib. Eyni göstərici may ayında da qeydə alınıb, ondan sonra inflyasiya iyunda 2,2%-ə, iyulda isə 2,4%-ə yüksəlib.
Ardıcıl beş ay ərzində inflyasiya hədəfini aşmasına, həddindən artıq yumşaq pul siyasətinin yenin zəifləməsinə və qiymətlərin artmasına töhfə verdiyinə görə Yaponiya Mərkəzi Bankının tənqid edilməsinə baxmayaraq, tənzimləyici kursundan əl çəkmək planlarını açıqlamayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















