Putinin referendumlar ilə bağlı çıxışı gözlənilir
Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye əraziləri Rusiyaya birləşdirilə bilər.Bu gün Rusiya Prezidenti Vladimir Putin, qondarma Donetsk və Luqansk respublikalarının, Ukraynanın Xerson və Zaporojye vilayətlərinin ərazilərində keçiriləcək referendumla bağlı çıxış edə bilər.
Marja xəbər verir ki, bu barədə RBC-ya Prezident Administrasiyasına yaxın üç mənbə bildirib.
Çıxış günün sonuna qədər gözlənilir. Dövlət başçısının konkret nələri bildirəcəyini RBC-nın həmsöhbətləri bilmirlər.
Sentyabrın 20-də qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının nümayəndələri öz ərazilərində referendumların sentyabrın 23-dən 27-dək keçiriləcəyini elan ediblər.
Referendumda “Siz "Luqansk"ın ("Donetsk"in) Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?” sualı veriləcək.
Referendumun nəticələrinin səsvermədən sonra beş gündən gec olmayaraq elan edilməsi planlaşdırılır.
Referendumun keçirilməsi çağırışı Ukraynanın Zaporojye vilayətində də səslənib. “Biz Rusiya ilə birlikdəyik” ictimai hərəkatı Rusiyayönlü hərbi-mülki administrasiyanın rəhbəri Yevgeni Balitskidən ərazinin Rusiyaya birləşdirilməsi ilə bağlı referendum keçirilməsini xahiş edib.
Referendum ilə bağlı xəbərlərdən sonra Moskva birjasının və RTS-in əsas birja indeksləri 10%-dən çox düşüblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























