Birjalarda son vəziyyət
Dollar 19 lirəyə çata bilər.EUR
FED-in 21 sentyabr tarixində keçirilən toplantısında növbəti faiz artımından sonra dollar indeksinin tarixi maksimumlarını yeniləməsi fonunda avro dollar qarşısında 0.9550 hədlərinə kimi ucuzlaşdı. EUR/USD cütlüyündə tendensiyanın davam edib etməyəcəyinə bu həftə Avrozonada açıqlanacaq inflyasiya, ABŞ-da açıqlanacaq iqtisadi inkişaf səviyyəsi göstəriciləri həlledici rol oynaya bilər.
GBP
Ötən həftə FED-in faiz qərarından sonra funt sterling dollar qarşısında son 37 ilin minimumlarına kimi dəyər itirdi. Hazırda 1.05 hədlərində ticarət olunan GBP/USD cütlüyündə mövcud tendensiyanın davamına cümə günü İngiltərədə dərc olunacaq ÜDM göstəriciləri ciddi təsir edə bilər.
TRY
Ötən həftə TCMB-nin faiz endirimindən sonra USD/TRY məzənnəsi 18.40TL-ə kimi bahalaşdı. Dollar indeksindəki yüksəliş davam edəcəyi təqdirdə, lirə dollar qarşısında 19TL hədlərinə kimi ucuzlaşa bilər.
OIL
FED-in faiz qərarından sonra cümə axşamı son 20 ilin ən yüksək səviyyəsinə çatan dollar indeksinin təzyiqi nəticəsində neft qiymətlərinin ucuzlaşdığı müşahidə olunur. Çünki artan faiz dərəcələri və inflyasiya gələcək aylarda xam neft tələbinə təzyiq göstərəcəyi ilə bağlı narahatlıqların da artmasına səbəb olur.
GOLD
Federal Ehtiyyatlar Sisteminin monetar siyasətdə şahin duruşunun qızılın güvənli liman maliyyə aləti statusunu zəiflətdiyi müşahidə olunur. Nəticədə ötən həftənin son ticarət günü qızılın bir unsiya üzrə qiyməti 1643$-a kimi ucuzlaşdı. Dollar indeksindəki yüksəliş davam edəcəyi təqdirdə, qızılda eniş tendensiyası 1560$-a kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
-
15 d. əvvəl
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
- 25 d. əvvəl
-
1 saat əvvəl
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Süni intellekt avtomobil alışı və servis təcrübəsini Azərbaycanda necə dəyişəcək?
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
MİDA-da yeni təyinat olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Ən çox oxunanlar
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Azərbaycanın iri holdinqi Qazaxıstan şirkətilə saziş imzaladı








.jpg)












