ABŞ prezidentindən "benzin qiymətlərini aşağı salın" çağırışı
ABŞ prezidenti Co Bayden neft şirkətlərini benzin qiymətləri aşağı salmağa çağırıb.
Marja xəbər verir ki, ABŞ prezidenti Bayden çıxışında ötən ay dünyada neftin qiymətinin azaldığını, lakin bu azalmanın benzin qiymətlərində çox əks olunmadığını bildirib.
"Neft və qaz şirkətləri milyardlarla dollarlıq rekord gəlir əldə etməyə davam edir", - Bayden deyib.
ABŞ-ın xam neft fyuçers müqavilələri keçən ay 9,2 faiz düşüb. Bayden, ölkə daxilində qiymətlərdə balanssızlığın olduğunu, Qərb əyalətlərində xam neft emal gücü aşağı olduğuna görə qiymətlərin daha yüksək olduğunu söyləyib.
"Yanacaqdoldurma məntəqəsini işlədən və qiymətləri təyin edənlərə mesajım: Qiyməti aşağı salın", Bayden bildirib.
Bayden ilin əvvəlində benzinin orta qiymətinin bir qallon üçün 5 dolları ötdüyü zaman da oxşar çağırış etmişdi.
ABŞ-da qiymətləro vaxtdan bəri orta hesabla 1 dollar düşüb.
Çində koronavirusa yoluxanların artması və qlobal iqtisadi artımın yavaşlaması gözləntiləri ilə neft qiymətləri ilin əvvəlindən daha çox düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 11 d. əvvəl
-
46 d. əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
-
- 51 d. əvvəl
-
58 d. əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
11 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb


























