İlon Mask ilk dəfə "Forbes 400" siyahısında 1-ci yeri tutub
Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Mask ilk dəfə Forbes 400 reytinqində birinci yeri tutub, varlıların ümumi gəliri isə son 14 ildə ilk dəfə azalıb.
Marja.az xəbər verir ki, Forbes-in 41-ci dəfə açıqladığı ABŞ-ın 400 ən varlı iş adamı siyahısına görə, bu il ilk dəfə texnologiya şirkətlərinin sahibi olan Mask sərvətini ötən illə müqayisədə 60 milyard dollardan çox artıraraq birinci yeri tutub.
İlon Mask 2022-ci ildə 4 il ardıcıl birinci yerdə olan keçmiş Amazon-in Baş direktoru Ceff Bezosu ikinci yerə keçirib. ABŞ-ın ən varlı iş adamı olan Mask, bunu Tesla-lanın səhmlərinin 11 faiz bahalaşması nətiəsində nail olub.
Amazon şirkətinin səhmlərində 27 faiz ucuzlaşma ilə üzləşən Bezos 2-ci, ilin əvvəlində həyat yoldaşı ilə birlikdə qurduğu fonda 20 milyard dollar bağışlamasına baxmayaraq Bill Qeyts 3-cü yerdədir.
Qeyd edilib ki, ABŞ-ın ən varlı iş adamları siyahısında ilk 20 nəfərin 1,6 trilyon dollar dəyərində sərvəti Forbes 400-ün ümumi sərvətinin 40 faizinə bərabərdir.
Facebook-un qurucusu Mark Zukerberq isə ötən il 3-cü yerdə olduğu siyahıda 11-ci yerə enərək ilk 10-luğa daxil ola bilməyib.
2021-ci ilin sentyabrından bu yana sərvətinin yarısından çoxunu (76,8 milyard dollar) itirən Zukerberq, Forbes jurnalının son bir ildə ən çox pul itirən 400 ən varlı adamı arasında birinci yerdə qərarlaşıb.
Varlıların sərvətlərində 11% itki
Forbes 400-ün cəmi aktivlərinin keçən illə müqayisədə bu il 11% azalaraq 4 trilyon dollara düşdüyü açıqlanıb.
Ssözügedən 400 ən varlının yüksək inflyasiya və birjalardakı eniş səbəbindən bu il keçən illə müqayisədə 500 milyard dollar itirdiyi bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























