“AzerGold” qızıl-gümüş satışından 21 milyon dollar qazandı
“AzerGold” QSC “Çovdar” filiz emalı sahəsində istehsal edilmiş 72 ədəd qızıl-gümüş tərkibli xəlitəni saflaşdırılması və satılması məqsədi ilə İsveçrənin “Argor-Heraeus” şirkətinə göndərib.
Şirkətdən verilən məlumata görə, saflaşdırılan qızıl və gümüş beynəlxalq birjada satılaraq dövlət şirkətinə milyonlarla gəlir qazandırıb.
İxrac olunan xəlitələrin ümumi çəkisi 1283 kiloqramdır ki, bunun 16,3 min unsiyasını qızıl, 22,2 min unsiyasını gümüş təşkil edir. Qeyd olunan miqdarda qiymətli metalın satışından 20,905 mln. dollar (35,6 mln. manat) gəlir götürülüb.
Qeyd edək ki, “AzerGold” QSC ilk qızıl və gümüş ixracını may ayında 66 ədəd xəlitə ilə həyata keçirib. Cəmiyyət birinci partiyada 16 min unsiya qızıl və 24 min unsiya gümüşü sataraq 20,118 mln. ABŞ dolları (34, 200 mln. manat) miqdarında vəsait əldə etmişdi.
Daşkəsən rayonunun “Çovdar” filiz mədənində ixrac üçün hasil olunacaq qızıl və gümüş xəlitələrin miqdarının 2017-ci ilin sonunadək 160 min unsiyaya (70 min unsiya qızıl, 90 min unsiya gümüş) çatdırılması planlaşdırılır ki, bu da qiymətli metalların cari qiymətlərini nəzərə alsaq 85 mln. ABŞ dolları (təqribən 145 mln. manat) təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)






