Çinin avtomobil şirkəti Geely-dən Aston Martin həmləsi
Çinin Geely şirkəti Aston Martinin səhmlərinin bir hissəsini alıb.Çin avtomobil şirkəti Geely Böyük Britaniyanın dəbdəbəli avtomobil istehsalçısı "Aston Martin Lagonda" şirkətilə ilə tərəfdaş olub.
Marja xəbər verir ki, Geely şirkətinin Baş direktoru Donghui Li, Aston Martin-in 7,6 faiz hissəsini aldıqlarını açıqlayıb.
Aston Martin ilə əməkdaşlıq potensialından həyəcanlandıqlarını vurğulayan Li, texnologiya sahəsində təklif etdikləri yeniliklərlə şirkətin gələcək uğurlarına töhfə verəcəklərinə ümid etdiklərini dilə gətirib.
Geely satış qiyməti və müqavilənin təfərrüatları ilə bağlı məlumat verməsə də, Aston Martin yaydığı açıqlamada şirkətin Geely və Səudiyyə Ərəbistanı hökumətindən cəmi 730 milyon dollar sərmayə aldığını bildirib.
Çinin ən böyük özəl avtomobil şirkəti olan Geely, beynəlxalq markalarla qurduğu ortaqlıqlar və transfer müqavilələri ilə son illərdə qlobal bazardakı payını artırmaqdadır.
Geely bundan əvvəl İsveçdə LYNK & Co, Volvo, Polestar və İngiltərədə Lotus brendlərini almışdı. Şirkət həmçinin 9,7 faiz payla Mercedes-in də daxil olduğu Almaniyanın Daimler AG şirkətinin ortağıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















