Bankkart Biznes kart sahibləri üçün nağdlaşdırma indi daha da rahat!
(®) Ziraat Bank Azərbaycan hüquqi şəxs və fərdi sahibkar müştərilərinə təqdim etdiyi Bankkart Biznes məhsulundan daha da rahat istifadə üçün yenilik tətbiq edib.
Belə ki, Bank biznes kart məhsulu vasitəsilə ATM-dən məxaric imkanı yaradaraq müştərilərinin nağd vəsaitə olan ehtiyaclarının banka gəlmədən, anında qarşılanmasını təmin edib. Beləliklə Bankkart Biznesin yeni funksiyası olan məxaric imkanı ilə Bankın müştəriləri dünyanın hər yerində, istənilən ATM-dən 24/7 vəsaitlərini daha rahat və operativ şəkildə nağdlaşdıra biləcəklər.
Qeyd edək ki, Bankkart Biznes məhsulu bir çox üstünlüklərə malikdir. Bank sözügedən kart ilə müştərilərinə bütün xərclərinin nəzarət altında saxlanılmasına, ezamiyyət və nümayəndəlik xərclərin, HÖP və gömrük məntəqələrində rüsumların, vergi rüsumunun, icarə haqqı və digər ödənişlərin rahat və sürətli şəkildə həyata keçirilməsinə imkan yaradır. Ziraat Bank Azərbaycanın İnternet və Mobil bankçılıq platformaları vasitəsilə müştərilər istənilən zaman, istənilən yerdə əməliyyatlarını asanlıqla həyata keçirə, hesablarından çıxarışları əldə edərək nağd pul istifadəsini şirkətin ehtiyaclarına uyğun formalaşdıra bilərlər.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bank 2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank”ı adına layiq görülmüşdür.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 27 d. əvvəl
-
31 d. əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
50 d. əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
2 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"





















