Hindistan Rusiya neftinin idxalını sentyabrda 18%-dən çox artırıb
“The Economic Times” qəzetinin məlumatına görə, Rusiya Federasiyası Hindistana ixrac etdiyi neftin həcminə görə Səudiyyə Ərəbistanından sonra ikinci olub.Sentyabrda Hindistanın Rusiya neftinin idxalı 18%-dən çox artıb. Rusiya Cənubi Asiya respublikasına neft satışına görə ikinci olub.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı “The Economic Times” yüklərin izlənilməsi “Vortexa” şirkətinə istinadən məlumat yayıb.
Məlumatlara görə, Rusiya Hindistana tədarük etdiyi neftin həcminə görə Səudiyyə Ərəbistanından sonra ikinci olub. Hindistanın neft emalı zavodları keçən ay gündəlik 879 min barrel yanacaq idxal edib. Hindistan Rusiya neftinin alışını 18,5% artırıb.
Ekspertlər qeyd ediblər ki, “Hindistan daxili tələbatın mövsümi artımı səbəbindən cari rübdə daha çox Rusiya nefti ala bilər”. Bundan əlavə, “Avropa İttifaqı dekabr ayından etibarən Rusiya neftinin idxalına qadağa qoyulması vədinə əməl edərsə, Rusiyanın Hindistan xam neft bazarındakı payı artmağa davam edə bilər”.
Hindistan enerji ehtiyacının 85%-ni idxal hesabına təmin edir. 2021-ci ildə bu xammalın respublikaya əsas tədarükçüləri İraq və Səudiyyə Ərəbistanı olub, Rusiya tədarük həcminə görə 9-cu yeri tutub.
umperm2.com
AD
İstehsalçıdan zəmanətlə elektrik mühərrikləri
Rusiyanın Hindistandakı səfiri Denis Alipovun daha əvvəl TASS-a verdiyi müsahibədə dediyi kimi, 2022-ci ilin əvvəlindən Rusiya neftinin idxalının həcmi iyul ayına qədər ən azı 7 dəfə artıb. Onun sözlərinə görə, “qlobal enerji sektorunda sanksiyaların doğurduğu böhran vəziyyəti rus təchizatçılarını yeni bazarlar axtarmağa, hindistanlı alıcıları isə ən yaxşı təklifləri seçməyə vadar edir”. Avqustda tədarüklərin həcmi sutkada 1 milyon barrelə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 9 d. əvvəl
-
- 19 d. əvvəl
- 39 d. əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
-
14 saat əvvəl
Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
Ən çox oxunanlar
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU





.jpg)
.jpg)



.jpg)






