Saxta “Vyetnam mazı” aşkarlanıb
“Qızıl Ulduz Balzamı 4q məlhəm”nin tərkibinin normativ sənədlərdə göstərilmiş tələblərə uyğun olmadığı təsbit edilib.Analitik Ekspertiza Mərkəzinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ünvanlanmış müraciətə əsasən, üzərində Vyetnamın “Danafa Farmasyutikal SC istehsalçısı göstərilmiş, “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 120621AZ, yararlıq müddəti: 21.06.2026-cı ilədək, “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 190808AZ, yararlıq müddəti: 07.08.2024-cü ilədək və “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 481108, yararlıq müddəti: 08.11.2023-cü ilədək olan nümunələrin ekspertizası aparılıb.
Mərkəzdən bildirilib ki, AEM-in Tibb və Əczaçılıq Vasitələrinin Ekspertizası və Keyfiyyətinə Nəzarət Laboratoriyasından verilən məlumata görə, təqdim edilən nümunələrdən “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 120621AZ, yararlıq müddəti: 21.06.2026-cı ilədək olan dərman vasitəsi Azərbaycan Respublikası dərman vasitələrinin reyestrində qeydiyyatdan keçmiş və qablaşması təsdiqlənib. Həmçinin, sözügedən nümunənin təqdim olunan seriyası Azərbaycan Respublikasına idxal olunarkən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində analiz edilib və idxalına icazə məktubu verilib. Sözügedən nümunənin yoxlanılan keyfiyyət parametrlərində uyğunsuzluq aşkar edilməyib.
Digər 2 sınaq nümunəsi - “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 190808AZ, yararlıq müddəti: 07.08.2024-cü ilədək və “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 481108, yararlıq müddəti: 08.11.2023-cü ilədək olan nümunələr Azərbaycan Respublikası dərman vasitələrinin reyestrində qeydiyyatdan keçməyib və qablaşmaları təsdiqlənməyib. Həmçinin, sözügedən nümunələrin təqdim olunan seriyaları Azərbaycan Respublikasına idxal olunarkən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində analiz edilməyib və idxalına icazə məktubu verilməyib. Sözügedən nümunələrin tərkibində “levomentol”, “kamfora”, “sineol” və “evgenol” adlı fəal təsiredici maddələrin mövcudluğu müəyyən edilsə də, həmin maddələrin miqdarının istinad edilən normativ sənədlərdə göstərilmiş tələblərə uyğun olmadığı təsbit edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























