Azərbaycanda düyü bazarının 80%-nə nəzarət edən 9 şirkət barəsində araşdırma aparılıb
Araşdırmanın məqsədi düyü bazarında antiinhisar qanunvericiliyinin tələblərinə dair pozuntuların olub-olmadığını aşkarlamaqdır.Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən əhalinin istehlak səbətində əhəmiyyətli yer tutan qida məhsulları bazarında daimi əsasda monitorinqlər və təhlillər aparılır.
Marja xəbər verir ki, Bununla əlaqədar Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 21.02.2022-ci il tarixli 109S nömrəli Sərəncamı çərçivəsində antiinhisar qanunvericiliyinin tələblərinə dair pozuntuların olub-olmadığını aşkarlamaq üçün düyü məhsullarının idxalı və satışı üzrə bazarın 80%-ni təşkil edən əsas 9 təsərrüfat subyeki olan – "Veysəloğlu" MMC, "Tamashaee Foods" MMC, "QİDA XXI" MMC, "Best-Tarım" MMC, "Babək" firması – (Babek), "Xudafərin-1" MMC, "Elsaan Group MMC", "AL market" MMC və "Azərsun Holding" Şirkətlər Qrupuna daxil olan "Sun Food" MMC barəsində araşdırma başlanılıb.
Məlumatda qeyd edilib ki, düyü bazarının əsas idxalçılarının təqdim etdiyi məlumatlara əsasən iqtisadi nəzəriyyə çərçivəsində və empirik metodlar ilə aparılan ətraflı təhlil nəticəsində bazarda düyü məhsullarının satış qiymətlərinin iqtisadi qanunauyğunluqlar əsasında formalaşdığı və antiinhisar qanunvericiliyinin tələblərinə zidd iqtisadi davranışların olmadığı müəyyən edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















