Yaponiya yeni daha da ucuzlaşdı - 1990-cı ildən bəri bir ilk
1990-cı ildən bəri ilk dəfə 1 dollar 149 yenə çatıb.Çərşənbə günü Tokioda keçirilən hərraclarda Dollar/yen məzənnəsi 1990-cı ildən bəri ilk dəfə olaraq 149,2 yen səviyyəsini görüb (Dollar bahalaşıb, yen ucuzlaşıb).
Marja xəbər verir ki, ABŞ-ın sənaye istehsalı statistikası fonunda dollar yen qarşısında daha da bahalaşıb.
Yenin ucuzlaşması ilə bağlı antirekordlar demək olar ki, hər gün yenilənir.
Dollar/yen məzənnəsində 150 yen səviyyəsi psixoloji hədd olaraq qəbul edilir. Yen daha da ucuzlaşarsa, Yaponiya hökumətinin valyuta bazarına müdaxilə edəcəyi ehtimalı bir o qədər artır, bu da öz növbəsində oyunçular arasında qorxu yaradır.
20-30 il əvvəlki vəziyyətdən fərqli olaraq, yenin aşağı məzənnəsi xaricdə Yaponiya istehsalı olan malların cəlbediciliyini artırmır. İndi şirkətlərin yalnız 5%-i ucuz yenin onlar üçün sərfəli olduğunu cavablandırıb. 50%-dən çox şirkət yenin ucuzlaşması səbəbindən itkilərə məruz qalır.
Yaponiyanın milli valyutasının sürətlə ucuzlaşmasının davam etməsinin əsas səbəbi Amerika və Yaponiya mərkəzi banklarının pul siyasətinə yanaşmasında böyük fərqdir - ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini artırmağa davam edir, Yaponiya Mərkəzi Bankı isə onu mənfi səviyyədə saxlayır.
Sentyabrın sonunda Dollar/Yen məzənnəsi 145,9 səviyyəsinə çatan zaman Yaponiya Mərkəzi Bankı hökumət ilə birlikdə valyuta bazarına müdaxilə edib. Sentyabrın 22-də təxminən 19,6 milyard dollarlıq müdaxilədən (satışdan) sonra məzənnə bir dollar üçün 140 yenə geriləmiş, lakin bir neçə gündən sonra yenidən əvvəlki vəziyyətinə qayıtmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
13 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 14 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























