Azərbaycanın kurort şəhəri abadlaşır
Naftalanın beynəlxalq səviyyəli sanatoriya kurort mərkəzinə çevrilməsi məqsədi ilə kompleks işlər həyata keçirilmiş, həm də şəhərin bütün infrastrukturunun inkişafına diqqət artırılmış, geniş quruculuq və abadlıq işlərinə başlanılmış və hazırda da bu işlər davam etdirilir.
Naftalan Şəhər İcra Hakimiyyətindən "Marja"ya daxil olmuş məlumata görə, başlanılan təmir-bərpa işləri çərçivəsində uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadı və dam örtükləri əsaslı təmir olunmuş, binadaxili və şəhərdaxili kommunikasiya xətləri yenilənmiş, o cümlədən yeni istilik sistemi quraşdırılmışdır. Yağış suları üçün yeni xətlər çəkilib və yeni yağış barmaqlıqları quraşdıırlıb.
Bu işlərin başa çatması ilə binaların ətrafında, küçələrdə abadlıq və yenidənqurma işləri xüsusi diqqət mərkəzində saxlanılmışdır. Artıq şəhərin bir hissəsində yolların, səkilərin kənarlarına yeni yol və səki daşları düzülmüş, yeni asfalt örtüyü salınmış, mini istirahət parkları və piyada yolları yaradılmışdır. Yeni yaradılan parklarda besetkalar, basketbol, tenis və uşaq oyun meydançaları quraşdırlımışdır. Yaşıllıq salınan əraziyə münbit torpaq daşınmış və yayılmışdır. Binaların qarşısında avtonəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz şəkildə dayanması üçün xüsusi yerlər düzəldilmişdir.
Yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması layihələri digər küçələrdə və çoxmənzilli yaşayış binalarının həyətində həyata keçirilir. İlk olaraq sözügedən ərazidə asfalt örtüyünün üst qatı qaşınaraq düzlənmiş, köhnə səki və yol daşları sökülüb yenisi ilə əvəz olunmuşdur. Hazırda II mikrorayonun ərazisində yeni asfalt örtüyünün döşənməsi işlərini sürətlə həyata keçirilir. Ümumilikdə 65000 kvadratmetr sahəyə asfalt döşənib.
Aparılan quruculuq və abadlıq işləri şəhəri daha da gözəlləşdirir və yerli sakinlərlə yanaşı, şəhərə gələn qonaqlara da xoş ovqat bəxş edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)







