Funt sterlinqin ucuzlaşacağı proqnozları qüvvədə qalır
Böyük Britaniyanın əsas iqtisadi və maliyyə problemləri davam etdiyi üçün sterlinqin uzunmüddətli perspektivi qaranlıqdır.Böyük Britaniyada davam edən siyasi xaos funt sterlinqə təsir etməkdə davam edir.
Marja.az xəbər verir ki, siyasi baxışları təhlil edən Hollandiyanın qlobal bank və maliyyə xidmətləri korporasiyası ING, sterlinqin dollar qarşısında 1,05 səviyyəsinə düşəcəyini, Bank of America isə sterlinq və dolların bərabərləşəcəyi gözləntisini qoruyub saxlayır.
Böyük Britaniyanın keçmiş maliyyə naziri Rishi Sunak ölkənin yeni baş naziri olmaq yolunda möhkəm addımlar atır.
Namizəd olacağı təqdirdə Mühafizəkarlar Partiyasının lideri olmaq üçün güclü bir ehtimal olaraq görülən keçmiş baş nazir Boris Conson bazar günü axşam namizədlik yarışına girməyəcəyini bildirib. Mühafizəkarlar Partiyasının liderlik yarışına girmək üçün kifayət qədər dəstəyə sahib olduğunu qeyd edən Conson, "Sadəcə bunun doğru addım olacağını düşünmürəm" deyib.
İndiyə qədər Sunak ilə yarışa girəcəyini açıqlayan yeganə ad olan Penny Mordaunt-un 100 millət vəkilinin dəstəyinə ehtiyacı var. Əgər bu dəstəyi ala bilməsə, namizədlik üçün 123 deputatın dəstəyini qazanan Sunak avtomatik olaraq Mühafizəkarlar Partiyasının yeni lideri olacaq və baş naziri Liz Truss-dan alacaq.
Xəbərlərə görə Asiya ticarətində funt sterlinq/dollar məzənnəsi 1,14 səviyyəsinə yüksəlib. Lakin analitiklərin fikrincə, Böyük Britaniyanın əsas iqtisadi və maliyyə problemləri davam etdiyi üçün sterlinqin uzunmüddətli perspektivi qaranlıqdır.
ING sterlinqin yenidən 1,05 dollara düşəcəyini gözləyir.
Bank of America isə sterlinq/dollar məzənnəsində paritet gözləntisini qoruyub saxlayır (1 sterlinqin 1 dollara bərabər olacağını gözləyir ).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
13 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 14 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























