Azərbaycanlının da təsisçi olduğu startap 27 milyon dollar investisiya alıb
WeTravel 27 milyon dollar investisiyanı almağı bacarıb. Startap bu investisiyanı fintek (“fintech”) məhsulunun inkişafına xərcləyəcək.
Həmyerlimiz Qərib Mehdiyevin ortaqlığı ilə qurulan WeTravel startapı 27 milyon dollar investisiya alıb.
WeTravel startapı 2014-cü ildə Yohannes Koeppel (CEO), Qərib Mehdiyev (CTO) və Zaki Prabovo (CMO) tərəfindən qurulub. Startap səyahət təşkilatçılarına vəsait toplamaq və logistikanı təşkil etmək üçün gedişdən əvvəl alətlər təklif edən onlayn ödəniş platformasıdır.
Yohannes Koeppel, Qərib Mehdiyev və Zaki Prabovo startapa başlamaq üçün Azərbaycan, İndoneziya və İsveçrədən San Fransiskoya köçmüşdülər. Lakin burda yaşanan problemlərə görə 2019-cu ildə WeTravel-in üç təsisçisi Amsterdama köçməyə məcbur olublar. Buna baxmayaraq bu gün şirkətin biznes komandasının və müştərilərinin əksəriyyəti ABŞ-dadır.
WeTravel-in ABŞ-də, Niderlandda və Azərbaycanda işçi komandası fəaliyyət göstərir. Startapın həmtəsisçisi Qərib Mehdiyev açıqlamasında “Azərbaycanda proqramçıları işə götürmək bizə maraqlıdır" fikrini bildirib.
3000-dən çox şirkət ödənişləri qəbul etmək, rezervasiyaları səmərəli şəkildə idarə etmək və beynəlxalq valyuta köçürmələri üçün WeTravel-dan istifadə edir. Bununla da startap 500 mindən çox müştəriyə xidmət göstərir. Startapın əməliyyatların həcmi COVID-dən əvvəlki səviyyədən 300% artıb və gəlirlər hazırda 3 dəfə çoxdur. CEO və həmtəsisçi Yohannes Koeppel, bu rəqəmlərin 2023-cü ildə yenidən ikiqat artacağına inandığını bildirib.
WeTravel səkkiz il ərzində 7 milyon dollar investisiya əldə etmişdi. İndi startap Base10 Partners və Swift Ventures-in iştirakı ilə Left Lane Capital-ın rəhbərlik etdiyi B seriyasında 27 milyon dollar investisiyanı almağı bacarıb. WeTravel bu investisiyanı fintek (“fintech”) məhsulunun inkişafına xərcləyəcəyini açıqlayıb.
WeTravel-ın CEO-su Yohannes Koeppel bildirib ki, "Əhəmiyyətli olan şey ödəmə ilə bağlı deyil, daha sonra nə baş verdiyidir. Turizm şirkəti bu vəsaitlə nə etməlidir. Tipik bir səyahət istifadəçiyə 10 dollara başa gələ bilər, bunun böyük əksəriyyəti təchizatçılara gedir. Söhbət vəsaitin idarə edilməsindən gedir. Səfər nə qədər maraqlı olsa da, bir o qədər çox təchizatçı var - restoranlardan və nəqliyyat şirkətlərindən tutmuş aviaşirkətlərə, otellərə və s. qədər. Bundan əlavə, pul köçürmələri və biznesdən biznesə, ölkədən ölkəyə müxtəlif ödəniş üsulları üçün komissiyalar mövcuddur. WeTravel platforması bu prosesin iki əsas hissəsini həll edir: tədarükçüləri təşkil etmək və hər şeyi planlaşdırmaq üçün qrupu bir araya gətirənlərə kömək etmək. Sonra ödəniş prosesinin müxtəlif aspektləri ilə məşğul olmaq, istər hissə-hissə ödənişlərin qurulması, istərsə də müxtəlif valyutalar və ödəniş üsulları ilə işləmək və müxtəlif təchizatçılara onların fərdi şərtləri əsasında ödəniş etmək üçün alətlər təqdim etmək. O biznesin fintech tərəfini “səyahət üçün PayPal” kimi təsvir edir".
Startapın həmtəsisçisi Qərib Mehdiyev
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Tech.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
- 3 gün sonra
-
13 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
13 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 13 saat əvvəl
-
13 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 14 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı


“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
