Qəbələnin adı çıxıb
Qəbələnin təbiəti gözəldir, son illər rayon ərazisində müasir turizm obyektləri tikilib. Bu, doğrudur. Lakin Qəbələ xidmətlərin səviyyəsinə görə, hələ çox geri qalır.
Ramazan bayramı tətilindən istifadə edib, ailəvi bir neçə rayona səyahət etmək qərarına gəldik. Bakıdan Qəbələ istiqamətində hərəkət etdik. Günorta saatlarında İsmayıllı rayonu ərazisinə çatdıq. Aclıq bizə güc gəlirdi. Ailəvi nahar edə biləcəyimiz təmiz, qiymətləri münasib restoran axtarmağa başladıq. İsmayıllıdan Qəbələyədək magistral yolun kənarında fəaliyyət göstərən restoranlara bir-bir baxdıq. Təəssüf ki, həmin restoranlar Azərbaycanda turizmin adına ləkədirlər, heç biri müasir tələblərə cavab vermir. Xörəklər anti-sanitar şəraitdə hazırlanır, kababların necə ətdən bişirildiyi məlum deyil, işçilər geyimlərinə, təmizliklərinə fikir vermirlər, restoranların menyuları yoxdur, müştəriyə baxıb qiymət oxuyurlar və s.
Lülə kababın qiyməti əksər yerdə 4-5 manat olsa da, Qəbələdə Nohur gölünün səliqəsiz sahilində fəaliyyət göstərən restoran müştərilərə 6-7 manat qiymət oxuyur. Salatlar, çörək də bu restoranda daha yüksək qiymətlərədir. Üstəlik menyuları da yoxdur. Bişirdikləri kabalar da, xörəklər də dadsızdır. Qəbələ şəhərinin ətrafındakı restoranlarda da eyni vəziyyətdir: Qiymətlər yüksək, şərait zəif, xidmətlər aşağı. Çoxları müştərini necə qarşılamaq, ona necə xidmət göstərmək lazım olduğunu bilmir. Adama belə gəlir ki, yoxsa onlar ərəb turistləri görüb, artıq yerli turistlərə önəm vermirlər?!
Mənə belə gəlir ki, xidmət sektorundakı sahibkarların çoxu insanları soymaq ilə məşğuldurlar. Onları müştəri məmnuniyyəti, davamlı turist axını, Azərbaycan turizmi maraqlandırmır.
Bundan başqa, əvvəlki illərlə müqayisədə Qəbələdə daha az turist gözə dəyirdi. Yəqin ki, çoxları, ötən illər Qəbələnin adına bura gəlib, lakin aşağı xidmətlərə görə gəldiyinə peşiman olub, Qəbələyə getməkdənsə Gürcüstana üz tutmağın daha məntiqli olduğuna qərar veriblər. Acı olsa da, bu, həqiqətdir.
KANATA MİNMƏK DƏ BAHALAŞIB
İnsanları Qəbələyə cəlb edən amillərdən biri şəhərdəki kanat xətləridir. Bu ildən “Tufandağ” da qiymətləri qaldırıb. Əvvəlki il 10 manata 4 kanat xəttinə minmək olurdusa, bu ildən 10 manata 2 kanat xəttinə minmək mümkündür (bir nəfər üçün). Digər iki kanat xəttinə minmək üçün əlavə 7 manat da ödəmək lazımdır (Cəmi 17 manat).
Qəbələdə yolların dağıldığı, səliqəsizliyin artdığı da müşahidə olunur. Əvvəlki illər təmir işləri keyiyyətsiz aparıldığından hər tərəf uçub-dağılır.
Qısası, Qəbələnin adı çıxıb. Əslində Qəbələ qiymətlərin yüksək, xidmətlərin isə aşağı olduğu, soyğunçuluğun baş alıb getdiyi turizm mərkəzidir.
Qeyd edim ki, digər turizm rayonlarında da bənzər vəziyyət məşahidə olunur.
Gördüklərim bir Azərbaycan vətəndaşı kimi məni məyus edir. Ümid edirəm ki, tezliklə çatışmazlıqlar aradan qaldırılacaq, nəzarət orqanları öz şəxsi mənafelərinə görə deyil, Azərbaycan turizminin inkişafı üçün təsirli tədbirlər görəcəklər.
© Seymur Yunusov, Marja.az
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
43 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 45 d. əvvəl
-
-
50 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
55 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
























