"FED faizin artırılması sürətini yavaşlata biləcək bir mərhələyə yaxınlaşır"
ABŞ Mərkəzi Bankının (FED) Filadelfiya şöbəsinin rəhbəri Patrick Harker cümə axşamı bildirib ki, mərkəzi bank həddindən artıq yüksək inflyasiyanın qarşısını almaq məqsədi ilə faiz artımının sürətini yavaşlata biləcək bir mərhələyə yaxınlaşır.
"Gələcək aylarda, indiyədək həyata keçirilmiş sərtləşdirmə siyasətinin təsiri fonunda, kifayət qədər sərt siyasət mövqeyinə çatdığımız üçün faiz artırmağın sürətini yavaşlatacağımızı gözləyirəm" - Harker deyib. O, əlavə edib ki, 75 bənd artımından 50 bəndə keçid əhəmiyyətli bir addım olar.
Onun sözlərinə görə, artan borclanma xərcləri iqtisadiyyata çox mənfi təsir edə bilər.
Eyni zamanda, FED nümayəndəsi qeyd edib ki, gələcək qərarlar iqtisadi məlumatlardan asılı olacaq: "Lazım gələrsə, biz həmişə məlumatlara əsaslanaraq siyasəti daha da sərtləşdirə bilərik".
FED bu il faizlərini sürətlə artıraraq sıfırdan hazırkı 3,75%-4,00%-ə qaldırıb. ABŞ Mərkəzi Bankı faizlərini ardıcıl 4 dəfə 75 bənd artırıb.
FED ABŞ-dakı həddindən artıq yüksək inflyasiyanın səviyyəsini ləngitməyə çalışır. Eyni zamanda, Mərkəzi Bankın aqressiv faiz artımlarının iqtisadiyyatı tənəzzülə sürükləyə və ya maliyyə bazarlarını poza biləcəyinə dair narahatlıqlar artıb.
“Həqiqətən görməli olduğumuz şey, pul siyasətinin sərtləşdirilməsini dayandırmazdan əvvəl inflyasiya göstəricilərinin davamlı şəkildə aşağı düşməsidir", - FED-in Filadelfiya şöbəsinin rəhbəri bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
24 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)











.jpg)





