Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın kapital bazarı tarixində rekord

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın kapital bazarı tarixində rekord
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Kapital bazarı ilə maliyyələşməyə maraq artır. 2022-ci ilin 10 ayı ərzində Mərkəzi Bank tərəfindən kapital bazarında qiymətli kağızların kütləvi təklifi üzrə 25 emissiya prospekti təsdiq edilmişdir. Bu indiyədək ölkəmizin kapital bazarı tarixində rekod göstəricidir”.

Marja.az xəbər verir ki, bunu Bakı Fond Birjasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq keçirilən “Emitent Günü” tədbirində Azərbaycan Mərkəzi Bankının Kapital bazarlarına nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov bildirib.

Reklam_3_11

Mərkəzi Bankın rəsmisi müqayisə üçün qeyd edib ki, pandemiyadan əvvəl - 2019-cu ildə il ərzində cəmi 3 prospekt, 2020-ci ildə 11 prospekt, 2021-ci ildə isə 20 prospekt təsdiq edilmişdir.

Samir İsmayılov təəssüflə qeyd edib ki, kapital bazarının imkanlarından daha çox maliyyə sektorunda fəaliyyət göstərən təşkilatlar, əsasən də banklar və bank olmayan kredit təşkilatları faydalanırlar. Hələ də, qeyri-maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərin kapital bazarından maliyyələşmələri istənilən səviyyədə deyil.

kapital bazarı Samir İsmayılov
11.11.2022 13:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18