“XalqBank”ın səhmdarının zeytun bağını məhv etdiyi bildirilir

Sabunçu rayonu Maştağa qəsəbəsindəki keçmiş Subtropik sovxoz adlanan bağlarda meyvə ağacları kökündən çıxarılaraq daşınır və amansızcasına yandırılır. Bu barədə saytına sakinlər məlumat verib.
Sakinlərin bildirdiyinə görə, sovet dövründə sözügedən ərazidə meyvə ağaclarından ibarət bağ salınıb. Bağda zeytun, əncir, badam və digər meyvə ağacları yetişdirilib. Sovetlər Birliyi dağıldıqdan sonra bağ ərazisi pay torpaqları kimi paylanılaraq əksər hissəsi özəlləşdirilib. 42 hektar ərazi isə vaxtı ilə həmin bağlarda çalışanlara tərəvəz məhsullarının əkilməsi üçün icarəyə verilib. Amma sakinlər deyir ki, son üç ildir həmin sahə sakinlərə, bağda vaxtıilə çalışanlara icarəyə verilmir:
“Bu bağın ərazisin 700 hektardan çox idi. Özəlləşdirilərək satıldıqdan sonra ərazidə meyvə ağacları qırıldı, kimisi də bağdan torpaq alaraq ev tikdi. 700 hektardan yerdə 42 hektar bağ qaldı. Üç il əvvələ qədər biz həmin bağdan torpaq icarəyə götürərək göy-göyərti, tərəvəz əkirdik. Amma üç ildir ki, 42 hektarın sahibi Hüseyn Seyidov ərazini sakinlərin istifadəsinə vermir. Ötən ayın 7-də eşitdik ki, bağ ərazisini tikinti üçün hansısa şirkətə satıb. Gedib gördük ki, həmin şirkət bağın ərazisindəki zeytun və digər meyvə ağaclarını kökündən çıxardaraq aparır, ərazini kənd təsərrüfatı təyinatlı torpaq statusundan çıxartmaq üçün yerdə qalan zeytun ağaclarını yandırır. Biz nə qədər çalışsaq da, bunun qarşısını ala bilmirik. Vaxtıilə əkib böyütdüyümüz meyvə ağacları gözümüzün qarşısında beləcə məhv edilir. Ağacların söndürülməsi üçün çağırdığımız yanğınsöndürən maşınlar isə bağın girişində dayanaraq yanğına heç bir müdaxilə etmirlər. Aidiyyatı qurumlardan xahiş edirik ki, illərdir salınan bu meyvə bağının məhv edilməsinin qarşısını alsınlar. Bu bağdan icarəyə götürülən torpaq sahələrindən onlarla sakin tərəvəz əkərək evinə çörək aparırdı. Bunu da bizə çox gördülər. İndi isə bağda ağacları məhv edirlər”.
Hüseyn Seyidovla əlaqə saxlanıb. H. Seyidov isə bağın “İdeal Biznes KO LTD” şirkətinə icarəyə verildiyini, ərazidə tikinti işləri aparılmadığını, ağacların çıxarılaraq daha məhsuldar zeytun ağacları ilə əvəzləndiyini bildirib:
“Düzdür, ağaclar çıxarılır, amma o ağaclar Bayraq Meydanı tərəfdə əkilir. Bağa isə daha məhsuldar, istehsal üçün yağlılığı, məhsuldarlığı yüksək olan zeytun ağacları əkiləcək”.
H. Seyidov ərazidəki ağacların yandırılaraq məhv edilməsindən xəbərsiz olduğunu bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev isə məsələdən xəbərdar olduğunu söyləyib. Onun sözlərinə görə, ağacların çıxarılması, yandırılması ilə bağlı sakinlərdən Departamentə məktub daxil olub:
“Həmin şəkildə göstərilən faktarın araşdırılması üçün Sabunçu rayon Polis İdarəsinə müraciət olunub. Meyvə ağacların məhv edilməsi barədə araşdırma aparılaraq zəruri tədbirlər görüləcək”.
Qeyd edək ki, “İdeal Biznes KO LTD” “XalqBank”ın səhmdarlarından biridir.
© Mövqe.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat sonra
-
4 saat əvvəl
İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Gələn il Azərbaycana elektrik mühərrikli avtobusların idxalı ƏDV-dən azad olacaq
-
5 saat əvvəl
Azərbaycana gətirilən 1 ədəddən artıq hər mobil telefona görə 100 manat vergi alınacaq
-
5 saat əvvəl
Azərbaycan idxal olunan kvadrisikllərə görə aksiz dərəcəsi tətbiq olunacaq
-
5 saat əvvəl
SOCAR-ın büdcəyə dividend ödənişləri üzrə proqnozu azaldılır
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib

Qəhvə qiymətləri rekord səviyyəyə çatdı

SOCAR-ın büdcəyə dividend ödənişləri üzrə proqnozu azaldılır

Evləri kirayə verənlərin gəlirlərindən 10% vergi tutulacaq

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
Ən çox oxunanlar
Bakı metrosuna dövlət büdcəsindən yardım kəskin artırılır

Media subyektləri üçün vergi güzəştinin müddəti 3 il uzadıla bilər

Gələn il də minimum maaş 400 manat olacaq

Azərbaycanda "Duty Free"yə satılan mallar vergidən azad edilə bilər

Restoran və kafelərin nağdsız dövriyyəsi 6%-lə vergiyə cəlb olunacaq

“Forma 4”ün elektron sorğulanması imkanı könüllü sığorta müqavilələrinə də şamil olunub
