Dövlət Xidməti "Azərsun Holdinq"in 2 şirkəti barəsində iş qaldırıb
Şirkətlər duru və bərk yağ məhsulları bazarının araşdırılması ilə əlaqədar tələb olunan sənəd və məlumatları təqdim etməyiblər.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin istehlak səbətində əhəmiyyətli yer tutan qida məhsulları bazarında monitorinqləri davam etdirir.
Marja xəbər verir ki, bu, Xidmətin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, duru və bərk yağ (marqarin, spred) məhsulları bazarının araşdırılması ilə əlaqədar tələb olunan sənəd və məlumatları təqdim etmədiyi üçün “Sun Food” MMC və “Bakı Qida və Yağ Fabriki” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması üzrə iş qaldırılıb.
Dövlət Xidməti tərəfindən araşdırmalar “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli Sərəncamı çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, “Sun Food” MMC və “Bakı Qida və Yağ Fabriki” MMC "Azərsun Holdinq"ə daxildirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















