“Festival brend geyim dükanlarının dövriyyəsinin 22% artımına səbəb oldu"
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) “Bakı Alış-Veriş Festivalı”-nın (Baku Shopping Festival) nəticələrini elan edib.
AFRA İdarə Heyətinin sədri Fərid Novruzinin sözlərinə görə, “Bakı Alış-Veriş Festivalı” bütün gözləntiləri doğruldub, həm sahibkarlar, həm istehlakçılar tərəfindən kifayət qədər marağa səbəb olub.
“Bakı Alış-Veriş Festivalı”-nın keçirilməsinin əsas səbəbi kimi bu sahədə fəaliyyət göstərən sahibkarlara dəstək olacağımızı qeyd etmişdik və çox sevindirici haldır ki, istəyimizə nail ola bildik, ilkin nəticələ görə, brend geyim mağazalarının dövriyyəsi son 2 həftə ərzində 22% artıb. Keçirdiyimiz ticarət bayramında həm yerli, həm xarici alıcılar arasında məmnunluq səviyyəsinin yüksək olduğunu müşahidə etdik, lakin bu, əldə etdiyimiz yeganə nəticə deyil, qeyd etmək istərdim ki, layihəmiz sahibkarlar tərəfindən də yüksək qiymətləndirdi. Gələcəkdə “Bakı Alış-Veriş Festivalı”-nın ildə 2 dəfə keçirilməsini, brend sayının artırılması, stimullaşdırıcı lotoreyalarının keçirilməsi və qiymətli hədiyyələrin uduşunu təşkil etməyi düşünürük”, - deyə Fərid Novruzi qeyd etdi.
Qeyd edək ki, “Bakı Alış-Veriş Festivalı”-nın (Baku Shopping Festival) 6-20 noyabr tarixlərində Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) və Kapital Bankın dəstəyi şəhərimizin bütün Ticarət Mərkəzlərində və şəhər mağazalarında təşkil olunmuşdur. Festivalda 68 dünya geyim brendi iştirak edərək alıcılara brenddən asılı olaraq 20%-dən 50%-ə qədər endirimlər, eləcə də, xüsusi endirim aksiyaları və kuponları təqdim etdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















