Avro, funt və qızıl bahalaşa bilər - GÜNƏ BAXIŞ
Bazar iştirakçılarının FED-in dekabr ayında keçirilməsi planlaşdırılan toplantısında uçot dərəcələrini 75% ehtimalla 0.50%, 25% ehtimalla isə 0.75% artıracağı proqnozlarını qiymətləndirməsi dollar indeksinin 105 bənd hədlərinə qədər geriləməsinə səbəb oldu. Təhlillərə əsasən dollar indeksindəki geriləmə davam edərsə, EUR/USD və GBP/USD cütlükləri müvafiq olaraq 1.05$ və 1.22$-a kimi bahalaşa bilər.
Bu gün Almaniyanın iqtisadi inkişaf səviyyəsinə dair açıqlanacaq statistik göstəricilər investorların diqqət mərkəzində olacaq.
Cümə axşamı keçirilən toplantısı zamanı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı uçot dərəcələrini 10.50%-dən 9.00%-ə endirsə də, valyuta bazarlarında dolların təklifinin çoxluğu səbəbilə lirədə kəskin ucuzlaşma müşahidə olunmadı. USD/TRY cütlüyü son 2 aydır müşahidə olunan üfüqi tendensiyasını davam etdirir.
Dollar indeksindəki geriləmə fonunda qızıla tələb artır. Hazırda dünya birjalarında 1759$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1761$ həddinin üzərinə yüksəlsə, 1780$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat sonra
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 12 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























