Dövlət xaricdə təhsil alacaq hər bir təbələ üzrə 51 min manat xərcləyəcək
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” üzrə 2023-cü ildə təhsil alacaq hər bir təbələ üzrə orta illik xərc 51 min manat proqnozlaşdırılır.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Qeyd edilib ki, cari ildən maliyyələşdirilməsi nəzərdə tutulmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” üzrə xərclər növbəti ildən təqribən 2,1 dəfə artırılmışdır ki, bu da Dövlət Proqramı çərçivəsində növbəti il daha çox gəncin dövlət proqramının imkanlarından istifadə etməsinə şəraitin yaradılması ilə əlaqədardır.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” xərc maddəsi üzrə 2023-cü ildə 36,7 milyon manat proqnoz müəyyən edilmişdir ki, bu da 2022-ci il proqnozundan 18,8 milyon manat və ya 105,0%, gözlənilən icra göstəricisindən isə 19,1 milyon manat və ya 108,5% çoxdur.
Cari ildə bu xərc istiqaməti üzrə 17,9 milyon manat vəsait ayrılsa da, 9 aylıq icra göstəricilərinə əsasən vəsait istifadə edilməmişdir.
"Azərbaycan Respublikası Prezidentinin 28.02.2022-ci il tarixli 3163 saylı Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir ki, həmin Sərəncamın 7-ci bəndi ilə Neft Fondu birinci maliyyə mənbəyi kimi müəyyən edilmişdir. Dövlət Proqramı ilə 15 prioritet ixtisas sahəsi (informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı) üzrə təhsil müəssisələrində bakalavriat və əsas etibarı ilə magistratura səviyyələrində Azərbaycan gənclərinin təhsili üçün imkan yaradılmışdır. Proqramın əhatə etdiyi dövrdə hər il üzrə 400 yer nəzərdə tutulmuşdur ki, həmin yerlərdən 320-si magistratura, 80-i isə bakalvr təhsili üçün ayrılmışdır. Sərəncamın 2.1.-ci bəndinə əsasən Proqramın əlaqələndirilməsini təmin edən Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü ildə bu proqramın maliyyləşdirilməsi üçün ümumilikdə 21,6 milyon ABŞ dolları və yaxud 36,7 milyon manat vəsaitin ayrılması sifariş edilmişdir. Hər bir təbələ üzrə orta illik xərc 51 min manat proqnozlaşdırılmışdır",- Rəydə bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
9 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























