Bu ilin 10 ayında Azərbaycana gəlmiş əcnəbilərin sayı açıqlandı
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 176 ölkəsindən 1 milyon 323,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Marja.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, gələnlərin 27,4 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 10,8 faizi İran, 6,8 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,3 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,8 faizi Ukrayna, 1,7 faizi İsrail, 1,6 faizi Özbəkistan, 1,5 faizi Küveyt, 1,3 faizi Oman, 1,1 faizi Belarus, 11,0 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74,6 faizini kişilər, 25,4 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 105,4 dəfə, Omandan - 70,8 dəfə, Səudiyyə Ərəbistanından - 35,6 dəfə, Pakistandan - 22,3 dəfə, Hindistandan - 15,4 dəfə, Özbəkistandan - 6,5 dəfə, Qazaxıstandan - 5,3 dəfə, İsraildən - 4,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 4,2 dəfə, ABŞ-dan - 3,2 dəfə, Almaniyadan - 2,7 dəfə, Fransadan - 2,4 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,8 dəfə, Ukraynadan - 1,7 dəfə, Türkiyədən - 1,6 dəfə, İrandan - 44,1 faiz, Gürcüstandan - 28,3 faiz artmışdır.
2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,7 dəfə artaraq 307,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,3 dəfə artaraq 62,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 462,9 min nəfər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















